Bakının bəzi ərazilərindən pis qoxu gəlir - Səbəbi bilinmir

Bakının bəzi ərazilərindən pis qoxu gəlir - Səbəbi bilinmirBakının bəzi ərazilərində məlum olmayan pis qoxu yayılıb.
azxeber.com Milli.Az-a istinadən xəbər verir, paytaxt sakinləri deyirlər ki, bir neçə gündür hiss olunan qaz qoxusu hələ də çəkilməyib.
NZS qəsəbəsinin sakinlərinin sözlərinə görə, qoxu əsasən səhər saatlarında daha kəskin olur.
Narahatlığına səbəb olan qaz və ya mazut qoxusu daha çox "Əhmədli", 8-ci km, "Günəşli" və NZS qəsəbələri, eləcə də "Koroğlu" metrostansiyası istiqamətlərdə hiss olunur
Bunun qaz qoxusu olması iddiası ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirildi ki, qurumun balansında olan qaz kəmərlərində böyük qoxuya səbəb olacaq dərəcədə sızmanın baş verməsi qeyri-mümkündür. Lokal bir hadisə ola bilər. Həmin hadisələrdə də ümumilikdə qaz iyinin borulardan bu qədər yayılması texniki cəhətdən mümkün deyil.
Bəzi sakinlər isə deyirlər ki, pis qoxunun yayılmasına səbəb 8 Noyabr prospektində yerləşən Bakı Neft Bazasının anbarlarının təmizlənməsidir. Məlumatı dəqiqləşdirmək üçün SOCAR PETROLEUM" QSC ilə əlaqə saxlanılıb.
Qurumdan qeyd edildi ki, Bakı şəhər ərazisində şirkətə məxsus 1 və 22 saylı Bakı neft bazası sahələri fəaliyyət göstərir. Amma heç birində təmizlənmə işləri aparılmır. Həmin ərazilərdə xoşagəlməz qoxunun səbəbi neft bazası ilə bağlı deyil.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, qeyd olunan ərazilərdən kəskin qoxu ilə bağlı heç bir şikayət daxil olmayıb.

Sosial       Tarix: 22 yanvar 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?

Müxtəlif illərdə Milli Məclisin deputatı olmuş bir sıra şəxslər mandatlarını başa vurduqdan sonra dövlət vəzifələrində, təhsil müəssisələrində və ictimai təşkilatlarda fəaliyyətlərini davam etdirirlər. Onlardan bəziləri yen

İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır?

Son illər Azərbaycanda istehsalat qəzaları nəticəsində xəsarət alan və həyatını itirən işçilərin sayı diqqət çəkir. Belə ki, 2021-2025-ci illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənləri

Qızıl bahalaşdı

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtə

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. "KamAZ" və "Hyundai" markalı avtomobillərin toqquşmas

Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər

"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayı

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan"

ABŞ-ın İranla müharibəsi 47 milyard dollara başa gəlib: Trampın hərbi kampaniyasının görünməyən qiyməti

Vaşinqtonda İranla müharibənin kifayət qədər bahalı bir tərəfi üzə çıxıb: Prezident Donald Tramp hərbi kampaniyanın faktiki başa çatdığını bəyan etsə də, müharibənin maliyyə hesabı hələ də artmaqda davam edir. ABŞ Mərkəz

Gələn il pensiyalar belə artırılacaq 

"Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əməkhaqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahid


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber sosial yardim ensonxeberler bugunun xeberleri