Bakının bu ərazilərində söküntü başlayır: Mənzillər kəskin bahalaşacaq

Bakının bu ərazilərində söküntü başlayır: Mənzillər kəskin bahalaşacaqKeçən ilin fevral ayında Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən, paytaxtın bir neçə rayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən bir çox binaların söküntüsü həyata keçiriləcək.
Suraxanı rayonu üzrə 1127 mənzildən ibarət 63, Nəsimi rayonu üzrə 5771 mənzildən ibarət 226, Xətai rayonu üzrə 2016 mənzildən ibarət 99, Nərimanov rayonu üzrə 3028 mənzildən ibarət 219, Nizami rayonu üzrə 1779 mənzildən ibarət 131, Yasamal rayonu üzrə 427 mənzildən ibarət 18, Səbail rayonu üzrə 535 mənzildən ibarət 41, Pirallahı rayonu üzrə 1174 mənzildən ibarət 297 yaşayış binasının sökülməsi nəzərdə tutulur.
Təbii ki, aparılacaq bu söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək.
Kirayə ev axtaranların sayı artacaq
Əmlakçı Mülkədar Rüstəmovun sözlərinə görə, Bakıda evlərin tikintisi üçün yararlı torpaq sahələri demək olar ki, qalmayıb. Məhz bu səbəbdən tikinti şirkətləri istismar müddəti başa çatmış binaları sökmək və yerində yeni mənzillər tikmək məcburiyyətindədirlər: "Bu proses şirkətlərə baha başa gəlir. Həm sökmək, həm vətəndaşları kirayə çıxarmaq, kompensasiya məbləği ödəmək, həm də yenidən bina inşa etmək mənzillərin qiymətinə təsir edir".
M.Rüstəmov söküntülərin kirayə mənzil bazarına da ciddi təsir edəcəyini proqnozlaşdırır: "Əvvəllər kirayə mənzillərə daha çox tələbələr müraciət edirdi. Amma son 2-3 ildir kirayə axtaranlar sadəcə tələbələr deyil. Söküntü səbəbindən kirayə qalmağa məcbur olan insanlar da artır. Əvvəl kirayə mənzil axtaranda əşyalı evlərə üstünlük verərdilər. İndi isə insanlar binaları tikilənə qədər qalmaq üçün mənzil axtarırlar. Əşyalarını yerləşdirmək üçün də boş mənzillərə üstünlük verirlər".
"Tələb təklifi həddindən artıq üstələyir"
Daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov da razılaşır ki, hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə kirayə mənzil çatışmazlığı yaşanır: "Belə ki, tələb təklifi həddindən artıq üstələyir. Bu da qiymətlərin artımına və kirayə şərtlərinin daha da çətinləşməsinə gətirib çıxarır. Əvvəl əşyalarla dolu və boş mənzillər arasında 25-30 faiz qiymət fərqi var idisə, artıq heç bir fərq müşahidə edilmir. Artıq sahibkarlar bilirlər ki, kirayə mənzil bazarında durğunluqdur. Əvvəl gündə bazara 30-40 mənzil çıxırdısa, hazırda bu rəqəm maksimum 7-8 olur. Artıq insanlar əşyasız da olsa, təki mənzil olsun deyirlər. Çünki seçim azdır. Kirayə elanı paylaşılan mənzil maksimum 2-3 saatdan sonra tutulmuş olur. Buna görə də evlərin əksəriyyətini əşyasız kirayə verirlər".
A.Nəsirovun fikrincə, kirayə mənzil bazarında qiymətlər hər gün yüksəlir. Bunun da səbəblərindən biri məhz söküntü işləridir: "Evləri sökülən vətəndaşlar kirayədə qalmalıdırlar. Bu da tələbi artırır. Qiymətlər artır. Bir neçə rayonda söküntü işlərinin eyni anda başlaması ilə tələb daha da arta bilər. Tələb təklifi bir neçə dəfə üstələyəcək. Bu baxımdan, söküntü işlərinin mərhələli şəkildə aparılması daha uyğundur".
Qiymət artımı bir neçə il davam edəcək
Ekspert planlaşdırılan söküntülərlə əlaqədar yaxın gələcəkdə Bakıda kirayə qiymətlərinin enməsinin mümkünsüz olduğu qənaətindədir: "Əksinə, düşünürəm ki, Bakıda kirayə qiymətləri hələ bir neçə il də artmaqda davam edəcək. Kirayə qiymətləri yalnız Bakıda reallaşdırılan pilot layihələr bitdikdən sonra enə bilər. Evləri hazır olan sakinlər mənzillərinə köçəcək, yeni tikilən binada da kirayəyə çıxarılan mənzillər olacağı üçün buna ümid edə bilərik. Amma yaxın illərdə gözlənilmir".
A.Nəsirovun sözlərinə görə, eyni səbəbin satış bazarına da təsir etdiyini söyləmək olar: "Satış bazarında da qiymət artımları davam edir. Keçən il 20 faizə qədər qiymət artımları müşahidə edildi. Satış bazarı üçün də ucuzlaşma mümkünsüzdür. 2025-ci il başlayandan da bu tendensiya davam edir. Bəzi vətəndaşlara evləri sökülərkən kvadratına görə pul ödənilir. İnsanlar da mənzil bazarına yönəlir. Beləliklə, tələbat artır, qiymətlər daha da yüksəlir. Pilot layihələr çərçivəsində köhnə binaların söküldükdən sonra yeni binaların tikintisinin gecikməsi də mənzil qiymətlərinə təsir edir. Layihə çərçivəsində tikintilər 3-4 il çəkir. Burada tikinti şirkətindən, iş sürətindən, aldığı icazələrdən də çox şey asılıdır. Şəhərdə bəzi ərazilərdə yarımçıq qalan binalar var. Hansı ki, insanlar evlərinə köçə bilmirlər. Pilot layihələr həyata keçirilərkən bəzi vətəndaşların evlərindən çıxmaq istəməməsi kimi məsələlər də prosesi uzadır və gecikdirir. O səbəbdən yaxın günlərdə kirayə bazarında və mənzil satışında qiymət enmələri gözlənilmir". ("Kaspi" qəzeti) / azxeber.com

Sosial       Tarix: 15 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?

Müxtəlif illərdə Milli Məclisin deputatı olmuş bir sıra şəxslər mandatlarını başa vurduqdan sonra dövlət vəzifələrində, təhsil müəssisələrində və ictimai təşkilatlarda fəaliyyətlərini davam etdirirlər. Onlardan bəziləri yen

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb

Bakının Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) -a verilən məlumata görə, cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliye

Gələn il pensiyalar belə artırılacaq 

"Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əməkhaqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahid

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır?

Son illər Azərbaycanda istehsalat qəzaları nəticəsində xəsarət alan və həyatını itirən işçilərin sayı diqqət çəkir. Belə ki, 2021-2025-ci illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənləri


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber kriminal xeber son xeberler az hava durumu