Bakının bu ünvanında metrostansiyası olacaq - FOTO

Bakının bu ünvanında metrostansiyası olacaq - FOTO"B-04" metrostansiyası 2025-ci ilin birinci yarısında hazır olacaq.
Bunu "Bakı Metropoliteni" QSC-nin tikinti departamentinin baş mütəxəssisi Vəli Musayev deyib.
Onun sözlərinə görə, stansiyanın sərnişin platforması inşa olunub, stansiya yol infrastrukturunun qurulmasına başlanılıb: "Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyasında daha bir səviyyədə qazıntı işləri tamamlanıb".
O qeyd edib ki, müvafiq layihə və texnoloji proseslərin ardıcıllığı əsasında qazıntı hər səviyyədə üç zonaya bölünərək aparılıb: "Bu səbəbdən qazıntıya paralel olaraq, tikinti-quraşdırma işləri də təmin edilib. Ümumiyyətlə, metropolitenin istifadəyə veriləcək 28-ci, Bənövşəyi xəttin isə 5-ci stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə - Cəlil Məmmədquluzadə küçəsində yerləşir. Burada qazıntı əvvəlki iki stansiyada olduğu kimi "Qruntda divar" üsulu ilə aparılıb. Bu üsulun əsas xüsusiyyəti ondan ibarətdir ki, tikinti sahəsi divarları bentonit məhlulu ilə möhkəmləndirilmış ensiz və dərin xəndəklərlə əhatə edilir. Qazıntı və tikinti-quraşdırma yuxarıdan aşağıya olmaqla yerinə yetirilir. Üsulun üstünlükləri sırasında ekoloji cəhətdən daha səmərəli olması və yaşayış sahəsinin xüsusiyyətlərinə uyğunluğu qeyd edilə bilər. Həmçinin "Qruntda divar" inşaatın məhdud məkanda effektiv aparılmasına imkan verir, material və işçi qüvvəsi baxımından qənaətcil, istifadə olunan konstruksiyaları daha etibarlıdır. Yaşayış sahələrində dərin özüllü yeraltı qurğuların tikintisində bu üsul ərtaf binalar üçün heç bir təhlükə yaratmır".
V. Musayev bildirib ki, inşaat kompleksinin ümumi uzunluğu 167,7 metr olan "B-04" stansiyası 4 səviyyədən ibarətdir: "Dəmir-beton işləri sonuncu - dördüncü səviyyədə davam edir. Sərnişinlərin stansiyaya qəbul ediləcəyi vestibül və kassa zalı ən yuxarı - birinci mərtəbədə olacaq. Zalı sərnişin platformasının yerləşdiyi 4-cü səviyyə ilə 19 eskalator, pilləkənlər və 3 lift birləşdirəcək. Amma bu arada daha 2 səviyyə var. Onlardan biri keçid səviyyəsi adlanır. Gələcəkdə buradan Sarı xəttin 6-cı stansiyasına keçid inşa olunacaq. 3-cü səviyyəyə "orta" mənasını verən "mezonin" deyilir. Bura texniki mərtəbədir. Xidməti otaqlar, 4 havalandırma kamerası və stansiyanın işini təmin edən digər funksional avadanlıqlar burada yerləşdiriləcək. Hər 3 səviyyədə fundamental tikinti işləri başa çatıb. Birinci səviyyədə 4 sərnişin keçidinin yerləşəcəyi ərazilərdə isə tədbirlərə tam hazırlıq görülüb. Bununla əlaqədar maşın və mexanizmlər, avadanlıq və material təchizat işləri yekunlaşdırılıb. Ərazidə yaşıllıq və yeraltı kommunikasiyaların yerinin dəyişdirilməsi ilə bağlı məsələlərin həlli istiqamətində də hazırda tədbirlər görülür. Keçidlərin layihələri ekspertiza komissiyasında təsdiq edildikdən sonra işlərə başlanılacaq".
O qeyd edib ki, stansiyanın bütün səviyyələrini əhatə edən xidməti pilləkən tam inşa edilib:" Sərnişinlərin istifadə edəcəyi pilləkənlər qismən, qəza-çıxış pilləkənləri isə hazırda müvafiq konstruksiyaları yığılmaqla mərhələli şəkildə inşa olunur. Birinci səviyyədə xidməti otaqların və müvafiq arakəsmələrin tikilməsi, habelə eskalatorların quraşdırılacağı yerlərin qurulması isə növbəti mərhələdə yerinə yetiriləcək".
///Report

Sosial       Tarix: 26 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri xeberler son xeber az cəbhədən son xeber