Bakıya gəlməkdən imtina edən şahmatçı Levon Aronyanın İçərişəhərdə FOTOLARI YAYILDI: "Siz artıq Bakıda olmusunuz"

Bakıya gəlməkdən imtina edən şahmatçı Levon Aronyanın İçərişəhərdə FOTOLARI YAYILDI: Erməni əsilli amerikalı şahmatçı Levon Aronyan iyulun 29-dan avqustun 25-dək keçiriləcək dünya çempionatında iştirak etmək üçün Bakıya gəlməkdən imtina edib.
KONKRET.az xəbər verir ki, bir neçə il əvvəl Ermənistan vətəndaşlığını Amerikaya dəyişən Aronyan Twitter-də yazıb:
"Mənim bir dilemmam var. Dünya Kuboklarını çox sevən biri kimi 2023-cü ildə keçiriləcək dünya çempionatında iştirak etmək istərdim. Amma bir erməni kimi Azərbaycanın paytaxtı Bakıya səfər etməkdə özümü təhlükəsiz hiss etmirəm. FİDE hibrid formatı təbliğ etdiyi üçün mən başqa yerdə oynamağa hazıram. Mən FİDE-nin Lozannadakı ofisində istənilən nəzarət altında oynamağa hazıram", – deyə erməni əsilli şahmatçı yazıb.
Lakin Aronyanın Bakıya gəlməkdən imtina etməsi izləyicilərdə təəccüb doğurub. 2015-ci ildə Aronyan hələ erməni şahmatçısı olarkən Azərbaycanda keçirilən dünya çempionatına gəlmişdi. Bakının küçələrini gəzib, İçərişəhərdə olub, hər şeydən razı qalmışdı. Onun paylaşımının altında yazılan şərhlərdə sosial şəbəkə istifadəçiləri Levona Bakıda çəkdirdiyi şəkil və sübutlarla xatırlatma ediblər.
Bakıya gəlməkdən imtina edən şahmatçı Levon Aronyanın İçərişəhərdə FOTOLARI YAYILDI: Şərhlərdən bəzilərini təqdim edirik:
"Levon, gəl. Siz artıq Bakıda olmusunuz. Sizə nəsə olub? Sadəcə şahmat oyna. Siyasətlə məşğul olmayın".
"Ermənistan idmançılarının Azərbaycanda real təhlükə altında olduğuna dair hər hansı sübut gətirə bilərsinizmi? Mənə elə gəlir ki, siz sadəcə olaraq onsuz da mövcud olan münaqişələrə yağ tökürsünüz".
"Bir azərbaycanlı kimi deyə bilərəm ki, burada sizə "xoş gəlmisiniz!" deyəcəklər. Xahiş edirəm qorxu hissi yaşamayın".
"Narahat olmayın, biz ermənilərin ağır atletika yarışında Azərbaycan bayrağını yandırdıqları kimi heç nə etməyəcəyik. Biz vəhşi deyilik".
FİDE-nin Aronyana güzəştə getməsi və ona onlayn rejimdə mundialda iştiraka icazə verməsi nə dərəcədə realdır? Bu sualla Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədova müraciət edilib.
"Azərbaycanın Gənclər və İdman Nazirliyi ölkə hökuməti adından dünya çempionatının iştirakçılarına, o cümlədən Ermənistan şahmatçılarına və erməni əsilli şahmatçılara təhlükəsizlik zəmanəti verib. Levon Aronyanın özü DÇ-2015-də iştirak edib, sakitcə Bakını gəzib, sonra tərifli rəylər dərc edib. Özü də yaxşı bilir ki, Azərbaycan həmişə ziyarət və ya idman tədbirlərinin təşkili üçün təhlükəsiz yer olub. Aronyanın FİDE-nin Lozannadakı ofisindən oynamaq təklifi? Bu, müsabiqədə Aronyanın rəqiblərini qeyri-bərabər duruma salacaq. Bununla bağlı FİDE onun xahişini rədd edəcək. Əgər Levon fikrini dəyişib, gəlmək istəsə, onu görməyə şad olarıq. Yoxdursa, bu onun haqqıdır", – ", – deyə Mahir Məmmədov əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

İdman       Tarix: 09 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta kriminal xeber hava haqqinda son.xeberler