"Bank Respublika" Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində şəhid övladlarını sevindirdi
Ölkəmizdə bir çox korporativ sosial məsuliyyət yönümlü layihələrin təşəbbüskarı və dəstəkçisi olan "Bank Respublika" ASC "YAŞAT" Fondunun, Gənclər və İdman Nazirliyinin şəhid övladları üçün birgə təşkil etdiyi "YAŞAT" düşərgəsinə dəstək oldu.
27-30 may tarixlərində Qəbələ Olimpiya və İdman Kompleksində həyata keçirilən yay düşərgəsində ölkəmizin müxtəlif regionlarından (Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişli) 8-13 yaş aralığındakı şəhid övladları iştirak edib.
Yay düşərgəsinə cəlb olunan qəhrəman övladları Qəbələ Olimpiya və İdman Kompleksində peşəkar məşqçi heyəti tərəfindən futbol, taekvondo, qaydasız döyüş, cüdo, boks, gimnastika və digər idman növlərinin məşqlərinə cəlb olunub.
Bundan başqa uşaqlar futbol üzrə Azərbaycan kubokunun final görüşündə futbolçularla birgə meydana çıxıblar. Uşaqlar üçün həmçinin Qəbələnin görməli yerlərinə ekskursiyalar da təşkil edilib.
Layihənin son günü, "Bank Respublika" əməkdaşları 1 iyun – Uşaqların müdafiəsi günü münasibətilə qəhrəman şəhidlərimizin övladlarına skuterlər və digər qiymətli hədiyyələr də təqdim edib.
Müharibədən sonra şəhid ailələrinə və qazilərə xüsusi diqqətin göstərilməsi "Bank Respublika"nın sosial layihələrinin əsas istiqamətlərindən biridir. "Bank Respublika" həm də, "YAŞAT" Fondu, "Silahlı Qüvvələrə Yardım Fond"u və "Qarabağ Dirçəliş Fondu"na vəsait ianə edən ilk banklardan biridir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.








Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var