"Barselona" ona görə 210 milyondan keçə bilər

"Barselona" "Mançester Siti"nin və İspaniya milli komandasının yarımmüdafiəçisi Rodrini transfer etmək fikrindən daşınmır.
KONKRET.azxəbər verir ki, məşhur insayder Fabritsio Romanonun verdiyi məlumata görə, kataloniyalılar İngiltərə klubuna üçüncü rəsmi təklifi təqdim etməyə hazırlaşırlar.
Bundan əvvəl "şəhərlilər" katalonların müvafiq olaraq 50 və 60 milyon avroluq ilk iki təklifini rədd etmişdi. Mənbənin bildirdiyinə görə, "Mançester Siti" ulduz yarımmüdafiəçisi üçün ən azı 80 milyon avro tələb edir və klublar arasında birbaşa danışıqlar davam edəcək.
İspaniyanın "AS" nəşri isə yazır ki, sözügedən transfer "Barselona"ya astronomik 210 milyon avrodan çox başa gələ bilər.
Nəşr yazır ki, kataloniyalılar 30 yaşlı futbolçuya illik xalis 15 milyon avro maaşla 4 illik müqavilə təklif ediblər. Vergilər də daxil olmaqla, Rodrinin məvacibi kluba mövsümdə 34 milyon avroya (4 il üçün 136 milyon avro) başa gələcək. Buna gözlənilən 80 milyon avroluq transfer məbləğini və agentlərə ödəniləcək komissiya haqqını əlavə etdikdə, ümumi xərc yuxarıda qeyd olunan 210 milyon avroya çatır.
Əlavə edək ki, İngiltərə Premyer Liqasının 2025/2026 mövsümündə Rodri 21 oyunda meydana çıxıb və 1 qol vurub. Çempionlar Liqasında isə o, 5 matçda iştirak etsə də, məhsuldar göstəricilərlə yadda qalmayıb.qafqazinfo.az

İdman       Tarix: 15 avqust 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

"Baş məşqçi sözünü tutmadı, layiq olmadığım aqressivlik gördüm"

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo milli komandadakı son hadisələrlə bağlı geniş açıqlama yayıb. KONKRET.azxəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesabında paylaşım edərək millini

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal bu gunun xeberleri krimnal xeber butun xeberler