Baş prokuror: Erməni separatçılarının 1987-ci ildən indiyədək törətdiyi bütün cinayətlər təhlil edilir
2023-cü ilin sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra xüsusi xidmət orqanları tərəfindən saxlanılan erməni separatçılarının rəhbərləri ilə bağlı istintaq davam edir.
azxeber.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Real TV-də Mir Şahin Ağayevə müsahibəsində deyib.
"Həmin mütəşəkkil dəstə ilə bağlı istintaq qrupuna bir çox dövlət qurumları daxil edilib. Çünki onlar çoxsaylı cinayətlər törətmişlər. H
azırda prokurorluqda son ittihamlar üzərində işləyirik. Onların hər birinin törətdiyi əməl dəqiqləşdirilir. Çünki biz 1987-ci ildən bu tərəfə törədilən bütün cinayətləri təhlil edirik, öyrənirik. Onlar hamısı bizdə sənədləşdirilib", - Baş prokuror bildirib.
K.Əliyev diqqətə çatdırıb ki, yaxın vaxtlarda onlara son ittihamlar elan ediləcək, cinayət işləri məhkəməyə göndəriləcək:
"Bununla da beynəlxalq təşkilatlar, eləcə də bir qrup ölkələr şəffaf, hərtərəfli və obyektiv məhkəmə baxışının baş tutduğunun şahidi olacaqlar".

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var