Baş redaktor: "Cənab Prezident peşəkar və azad fəaliyyəti təmin etmək üçün mətbuatımızı qayğılardan xilas edib

Baş redaktor: Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzaladı. Sərəncama əsasən, Prezident Administrasiyasına Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etmək tapşırığı verilib. Bu, dövlət başçısının milli mətbuatımıza verdiyi dəyərin real nümunəsidir.
150 il öncə – 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşrinə başlamaqla milli mətbuatımızın təməlini atan Həsən bəy Zərdabinin ən böyük arzusu müstəqil Azərbaycanın milli mətbuatının olması idi. Onun maarifçiliyə söykənən bütün fəaliyyəti də buna həsr olunmuşdu.
Böyük maarifçiyə Azərbaycanı müstəqil görmək qismət olmadı, lakin qoyduğu miras inkişaf etdi və günümüzə qədər gəlib çatdı. Artıq müstəqil Azərbaycanın milli mətbuatının 150 illiyini qeyd edirik. Bir əsr yarımlıq bu tarixdə milli mətbuatımızın inkişafı naminə gördüyü işlərlə Prezident İlham Əliyev də adını tarixə yazdırıb.
Dövlət başçısının yürütdüyü siyasətin təməlini qoyan ümumilli lider Heydər Əliyev mətbuatın inkişafı istiqamətində mühüm addımlar atmışdı. Prezident İlham Əliyev də məhz bu addımları davam etdirdi, milli mətbuatımızı daha yüksək səviyyəyə qaldırdı.
Prezidentin bununla bağlı tarixi qərarları var. 2005-ci ildə "Əməkdar jurnalist" adı bərpa olundu, "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamlar imzalandı. Dövlət başçısı kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi haqqında qərar qəbul etdi. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı verilən sərəncamlar mətbuatın inkişafında mühüm mərhələlərdən biri hesab oluna bilər. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıldı. Həm jurnalistlərə mənzillərin verilməsi, həm də güzəştli ipoteka şəraitinin yaradılması belə nümunələrdəndir.
Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən jurnalistlərin sosial probleminin həll edilməsi dünyanın mövcud informasiya müharibəsindəki şərtlər baxımından xüsusilə əhəmiyyətlidir. Çünki ölkənin informasiya mühitinə kənar müdaxilələr adətən maliyyə axınının təmin edilməsi ilə həyata keçirilir və sosial problemləri olan jurnalistlər bu cür müdaxilə cəhdlərində potensial iştirakçıya çevrilə bilirlər. Bu, təcrübə ilə təsdiq olunub. Sosial problemləri həll edilmiş jurnalistlər isə daha azad olurlar.
Bu, həm kənar müdaxilə cəhdlərinin qarşısını böyük ölçüdə alır, həm də mətbuatın peşəkar fəaliyyətini stimullaşdırır. Onlayn media subyektləri də daxil olmaqla mətbuatımızın dövlət tərəfindən dəstəklənməsi də inkişafə və peşəkarlığa yol açan amillərdəndir.
Prezident İlham Əliyev peşəkar və azad fəaliyyəti təmin etmək məqsədilə belə demək mümkünsə, mətbuatımızı qayğılardan xilas edib. Nəticə ortadadır, xüsusilə son beş ildə yazılı və onlayn medianın, ümumiyyətlə milli mətbuatımızın inkişafı hər şeyi ifadə edir.
2020-ci ildə Vətən müharibəsi isə milli mətbuatımızın sınaq mərhələsi idi və mediamız bu sınaqdan uğurla çıxmağı bacardı. Prezident İlham Əliyev də imzaladığı Sərəncamda bu məsələyə toxunur. Bildirir ki, mediamız müharibə dövründə haqq səsimizi dünyaya çatdırdı.
"Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır", – deyə dövlət başçısı vurğulayıb.
Vətən müharibəsindən sonra "Media haqqında" qanunun qəbul edilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması, agentliyin qəsa müddətdə mətbuatın problemlərinin həlli və peşəkarlaşması istiqamətində gördüuyü işlər ən mühüm addımlardan bidi oldu. Agentlik üzərində qoyulan missiyasınə uğurla icra edir. Həm jurnalistlərin sosial və mənzil-məişət problemlərinin həllinə töhfə verir, həm mediamızın peşəkarlığının artırılması istiqamətində işləyir. Bu gün MEDİA agentliyi dövlətlə jurnalistlər arasında mühüm körpü rolunu oynayır. Bütün bunlar informasiya müharibəsində Azərbaycanın mövqeyinin güclü olmasına zəmin yaradır. Bütün bunlar məhz Prezident İlham Əliyevin milli mətbuatımıza göstərdiyi qayığı və diqqətin nəticəsidir.
Dövlət başçısı qeyd edir ki, bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır.
Lakin Prezident dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir.
1. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir.
2. Media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.
Prezidentin mediadan yalnız bir istəyi var: milli maraqlarımızın əleyhinə olan informasiya zibilliyini sıradan çıxarmaq, peşəkar fəakiyyətlə qlobal informasiya bazarına daxil olmaq. 150 yaşı olan milli mətbuatımızın gələcəyi işıqlıdır, çünki Prezident İlham Əliyevin qoyduğu təməl kifayət qədər sağlamdır.
Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru / azxeber.com

Sosial       Tarix: 27 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber son xeberler 2026 axsam az xeberler son xeberler bugun