Başçı icra hakimiyyətinin önündə özünü yandıran qazi haqqında: 'Nə vaxt gəlib qəbul eləmişəm

Başçı icra hakimiyyətinin önündə özünü yandıran qazi haqqında: 'Nə vaxt gəlib qəbul eləmişəmSabirabad rayonunun icra başçısı Siraqəddin Cabbarov intihar edən qazi Elvin Cəfərovun yas mərasimində iştirak edib.
azxeber.com "Yeni Sabah"a istinadən xəbər verir ki, icra başçısı internet TV-lərə açıqlama verib. O, deyib ki, E. Cəfərovun qazi kimi bütün tələblərə cavab verib. Onun qəbuluna düşə bilməməsini isə səhv məlumat adlandırıb:
"Rəsmi qaydada hər həftənin dördüncü günü mənim qəbul günümdür. Bu qəbullar 7 saat da, 6 saat da, 5 saat da davam edir. Elvinlə də əvvəlki dövrlərdə dəfələrlə görüşüm olub. Nə vaxt gəlib, qəbul günü olmayanda da gəlib qəbul etmişəm.
Son hallardan isə mənim ümumiyyətllə xəbərim olmayıb. İstər icra nümayəndəliyi, istər bələdiyyə tərəfindən nə tələbi olub hamısı imkan daxilində həyata keçirilib. Daim qayğıda olan qazilərdən biri də Elvin Cəfərov olub".
S. Cabbarov deyib ki, Sabirabadda 1164 müharibə iştirakçısı, 154 qazi, 43 şəhid ailəsi var: "Elvin müharibədən gəldiyi gündən hansl tələbi olubsa hıəyata keçirilib, DOST tərəfindən ictimai işlərə cəlb olunub. Aylıq maaşını alıb, mənzillə bağlı müraciəti alınıb və işləniləcək. İstər bələdiyyə, istərsə də İH tərəfindən elə bir hal olmayıb ki, Elvinin qaldırdığı məsələ həllsiz qalsın".
Elvinin özünü niyə İH-nin binası qarşısında yandırmasına gəldikdə icra başçısı deyib: "Birincisi, o özünü İH hakimiyyətinin deyil, Mədəniyyət Sarayının qarşısında yandırıb. İkincisi də gəlin hüquq mühafizə orqanlarının səlahiyyətində olan məsələni burada araşdırmayaq. Onlar araşdırma aparır. Hər şey üzə çıxacaq. Ailənin özü də bu araşdırmanın nəticəsindən narazı qalmayacaq. Belə məsələləri də siyasiləşdirmək düzgün deyil.
Elvinin özünü niyə yandırmasının səbəbləri araşdırılır. O 1 nömrəli Psixi Dispanserdə qeydiyyatda olub. Orada müalicə alıb. Psixoloji olaraq müəyyən problemləri olub. Bunu da araşdıracaqlar. 
Həyatda heç kim başına nə gələcəyindən sığorta olunmayıb. Sabah mənim övladım nə olacaq?!. Bilmirəm. Əsas odur ki, bu məsələlər dövlət qayğısızlığından deyil. Qayğısızlıqdan olsa, mən buna başqa yöndən yanaşaram". 

Sosial       Tarix: 12 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xeberler beynelxalq bank mezenne xəbər az xəbər.az