Başına 1 milyon qoyulmuşdu - Kriminal avtoritet İsraildə qətlə yetirildi
İsraildə "Qafqaz mafiyası"nın rəhbəri hesab edilən 45 yaşlı rusiyalı Yanis Yuşvaev qətlə yetirilib.
KONKRET.az"Mash" teleqram kanalına istinadən xəbər verir ki, hadisə Qeysəriyyə (Caesarea) şəhərində yerləşən "Agenda" kafesinin yaxınlığında qeydə alınıb.
Kanal yazır ki, pensiyaçı cildinə girən killer Rusiya mənşəli kriminal avtoriteti pusquda gözləyərək ona atəş açıb. O, Yuşvaevi qətlə yetirdikdən sonra onun müşayiətçilərinə doğru da bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Xatırladaq ki, Yuşvaevə ilk sui-qəsd cəhdi 2015-ci ildə olunub. Son vaxtlar isə onun digər kriminal avtoritetlərlə kəskin münaqişəsi olub və rəqibləri onun başına 1 milyon şekel (təxminən 568 min AZN) mükafat qoyublar. 2026-cı ilin fevralında Yuşvaev Ben-Qurion hava limanında rəqiblərinə qarşı hücum planlaşdırmaq şübhəsi ilə saxlanılmışdı.
Qeyd edək ki, Yuşvaev İsrailin mərkəzi rayonlarına nəzarət edən qruplaşmaya rəhbərlik edirdi. Qrupda Qafqaz mənşəli şəxslərin üstünlük təşkil etməsi səbəbindən şəbəkə "Qafqaz mafiyası" adı ilə tanınırdı."Qafqazinfo"

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı