"Bayer"ə yeni baş məşqçi təyin edildi

İspaniyanın 2010-cu il dünya çempionatının çempionu Xabi Alonso Leverkuzen Bayer klubunun baş məşqçisi olub.
KONKRET.az xəbər verir ki, bu barədə "Bayer"in mətbuat xidməti məlumat yayıb.
"Bayer Leverkuzen"in sabiq baş məşqçisi Xerardo Seoane ilə müqaviləyə xitam verdiyi bildirilir. 40 yaşlı Alonso ilə müqavilə 2024-cü il iyunun 30-na kimi nəzərdə tutulub.
"Biz uzun illər Avropanın ən tələbkar üç liqasında dünya səviyyəli peşəkar, ağıllı strateq və son dərəcə uğurlu oyunçu olan məşqçi ilə müqavilə imzaladıq" deyə klubun idman direktoru Simon Rolfes bildirib.
Alonso onu da qeyd edib ki, o, Almaniyada olduğu vaxtdan "Bayer"i böyük klub kimi tanıyır.
""Bayer"də həmişə əla oyunçular olub və indiki heyətdə çoxlu yaxşı oyunçular görürəm. Mövcud çətin vəziyyətə baxmayaraq, qarşıya qoyduğumuz prinsipial və iddialı məqsədlərimiz var, bu vəzifə məni çox həyəcanlandırır və əminəm ki, biz bu tələblərə cavab verəcəyik".
Futbolçu kimi Alonso İspaniyanın "Real Sosyedad", "Eybar" və "Real Madrid", İngiltərənin "Liverpul" və Almaniyanın "Bavariya" klublarında oynayıb, iki dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Superkubokunun qalibi olub. İspaniya millisinin tərkibində Alonso ikiqat Avropa çempionu (2008, 2012) və dünya çempionu (2010) olub. Məşqçi kimi ispaniyalı "Real Madrid"in gənclər komandasına (14 yaşa qədər futbolçular) rəhbərlik edib, eyni zamanda Real Sosyedadın əvəzedici komandasının baş məşqçisi olub.
"Bayer" 8 oyunda 5 xal toplayaraq Almaniya çempionatının turnir cədvəlində sondan əvvəlki, 17-ci yeri tutur. Çempionlar Liqasında Leverkuzen 3 oyundan sonra 3 xalla B qrupunda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Ölkə çempionatının növbəti oyununda "Bayer" oktyabrın 8-də "Şalke" ilə qarşılaşacaq.

İdman       Tarix: 06 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal xeber son xeber 2026 son.xeberler