Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTOBazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO
Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəlik də, münasib qiymətə rast gəlmək mümkündür. Meyvələrin qiymətinin azalmasını insanlar çaşqınlıqla qarşılayıblar. 
Bəs görəsən, ucuzlaşmanın səbəbi nədir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, məhsuldar sortların əkilməsi istehsalı artırır:
Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO"Azərbaycanda son illərdə əkin sahələrinin nisbətən genişlənməsi, məhsuldarlıq və aqrotexniki qulluğun fermerlər tərəfindən yaxşılaşdırılması, daha çox məhsuldar sortların əkilməsi məhsul istehsalını artırır.
Çiyələk məhsulunun bir hissəsi, təxminən, 20 min tonu Rusiyaya və yaxın ölkələrə ixrac olunur. Əsasən də Rusiya bazarına ixrac olunur. Yerdə qalan hissəsi isə daxili bazarda realizə olunur".
C.İbrahimli bildirib ki, bu il fermerlərin məhsulun qiyməti ilə bağlı narazılıqları var:
"Əkin sahələrinin artımı var, amma məhsuldarlıq hava şəraiti ilə də bağlıdır. İlkin çıxan məhsul tam istixana şəraitində yetişdirilməyib. Məhsul boldur.
Müəyyən qədər qiymətin aşağı düşməsi Rusiyaya ixracın azaldığını göstərir. Rusiyada da bəzi sahələrdə bu məhsulun yetişdirilməsi artıb. Bu da məhsulun ucuz olması üçündür. İxrac üçün məhsul rentabelli deyil. Belə olan halda daxili bazarlarda qiymətin əvvəlki illərlə müqayisədə mövsümi günlərə görə aşağı olduğu deyilir. Lakin paytaxt bazarlarında məhsul o qədər də ucuz deyil. Fermerlər də bundan narazıdırlar".
Ekspert əlavə edib ki, maya dəyəri yüksək olduğundan fermerlər böyük gəlir əldə edə bilmirlər:
"Buna görə də narazıdırlar. Çiyələkdən ancaq yemək üçün istifadə edirlər. Emal müəssisələri və ev şəraitində bağlamalar üçün sonrakı dönəmdə istifadə edəcəklər. Bazarda məhsulun bolluğu qiymətin düşməsinə səbəb olub.
Fermerlərin qiymət məsələləri hər zaman müzakirə olunur. Məhsul ucuz olsa da, bazarda baha satılır. Bunun da fundamental səbəbləri var. Bazarın özünəməxsus infrastrukturu var. Topdan və pərakəndə satış var.
Bir neçə əl dəyişir. Hərə öz mənfəətini qoyur. Bazara daxil olanda qiymət artır. Burada alan, daşıyan, satan bütün riskləri üzərinə götürür. Pərakəndə satışı həyata keçirənlər ucuz alıb, bazarda mənfəət əldə etmək istəyirlər. O, qiymətdəyişmə ilə də bağlı bütün riskləri üzərinə götürür. Əsas məsələ budur".
Nəzrin Vahid

Maraqlı       Tarix: 13 may 2024
f Paylaş

Oxşar xəbərlər

Paltaryuyan təmiri geciksə hansı problemlər yaranır?

Paltaryuyan maşınının hissələri bir-biri ilə əlaqəli işləyir. Bir detal nasaz olduqda digər hissələr də normal işləyə bilmir. Kiçik problem vaxtında aradan qaldırıldıqda mühərrik, nasos, baraban və digər hissələr artıq yükl

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler ən son xəbər son xabarlar gunun xeberleri