BDU-da #codeforfuture layihəsinin məzun günü keçirildi - FOTOLAR
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinindəstəyilə Code Academy tərəfindən 2021-ci ildən etibarən icra olunan #CodeForFuturelayihəsinin Bakı Dövlət Universitetində 2022-2023-cü tədris ilinin payızsemestrinin tələbələri üçün məzun günü keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən universitetinrektoru Elçin Babayev, Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin sədr müaviniKamran Rəsulov, Code Academy tədris müəssisəsinin təsisçisi və icraçı direktoruÜlvi Aslanov layihənin əhəmiyyəti haqqında məlumat vermiş, yüksək nəticə ilə tədrisibitirən tələbələri təbrik edərək, diplomlarını təqdim ediblər.
Ümumilikdə, Bakı Dövlət Universitetində Code Academytərəfindən 4 semestr icra olunan #CodeForFuture layihəsi çərçivəsində 276 tələbətəhsil alıb, əmək bazarına hazır kadr kimi formalaşaraq, aşağıdakı əsas üstünlükləriəldə ediblər.
- BDU məzunu olaraq diplomun alınması
- Code Academy-də təhsilini təsdiqləyən diplom/sertifikat
- Layihə işləri əsasında ilk peşəkar portfolionunformalaşması
- Beynəlxalq sertifikat qazanaraq, iş həyatınarahatlıqla başlama imkanı.
2022-2023-cü tədris ilinin payız semestri üzrə 100tələbənin iştirakı ilə davam edən layihədə proqramlaşdırma, sistem administratorluğuvə şəbəkə administratorluğu sahələrinin tədrisi həyata keçirilmişdir. Tələbələrtədris müddəti ərzində əldə etdikləri bilikləri real iş mühitinə uyğunhazırladıqları kiçik və final layihələr üzərində tətbiq edərək, praktikibacarıqlarını da inkişaf etdiriblər.
BDU-da hər semestr əldə olunan nəticələr digərsemestrlə müqayisədə daha da yüksək olub. Belə ki, 2022-2023-cü tədris ili ərzindəSistem və Şəbəkə administratorluğu proqramı üzrə təhsil alan 48 tələbədən 37 nəfəribeynəlxalq CompTIA A+ Core1 və Core2 sertifikatı, 1 nəfər isə həm də CCNAsertifikatı əldə etmişdir. Bu sertifikatı əldə edən şəxslərin hər biri rəqabətliəmək bazarında çox rahatlıqla iş imkanı qazanırlar. Həmçinin, payız semestrindənməzun olan 100 tələbədən 17 nəfəri yüksək şərəf, 27 nəfəri isə şərəf diplomu əldəedərək, təhsilini çox yüksək nəticələrlə başa vurublar.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin dəstəyiləicrasına start verilən layihə uğurla davam edərək, Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin dəstəyilə Technest təqaüd proqramı çərçivəsində regionlarda həyatakeçirilir, daha da genişlənərək, minlərlə tələbənin gələcəyinə töhfə verir. Hal-hazırda,hər iki nazirliyin dəstəyilə Code Academy AzTU, BDU, AzMİU, LDU, SDU və GDU-da tədrislərinidavam etdirir.
Layihə haqqında ətraflı məlumatla saytına keçid edərək tanış ola bilərsiniz.




Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır