"Bəhlulun vəziyyəti yaxşı deyil"
"Bəhlul Mustafazadənin vəziyyəti qənaətbəxş deyil".
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Nyukasl Yunayted" – "Qarabağ" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
O, bildirib ki, fevralın 18-də keçirilən "Qarabağ" – "Nyukasl Yunayted" oyununun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən Bəhlul Mustafazadə yaxşı mövsüm keçirib, ancaq belə qarşılaşmalarda bu cür zədələr qaçınılmazdır.
Baş məşqçi transfer məsələsi barədə də danışıb:
"Hər mövqeyə transfer etmək istəyirik. Qarşıda bir neçə ay vaxtımız olsa da, baxışlara indidən başlamışıq. Təbii ki, əvvəlcə ölkə daxilində uğur qazanmaq lazımdır".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" – "Nyukasl Yunayted" oyunu 1:6 hesabı ilə bitib.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA