"Belə çıxır ki, 100 min adam valyuta dəyişmək üçün sıra gözləyəcək

"Bank kreditləri kiçik və orta sahibkarlıqla məşğul olmağa imkan vermir".
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.​
"Çünki kreditlərin faizi buna imkan vermir. Kreditlərin faizləri aşağı salınsın və müddəti uzadılsın ki, insanlar sahibkarlıqla məşğul olsun.
Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə 207 bank fəaliyyət göstərirdi, indi Mərkəzi Bankdan başqa 22 bank işləyir. Yeni bankların, o cümlədən regional, xarici ölkələrlə birgə bankların açılması vacibdir.
COP29 tədbirinə görə, Azərbaycana 100 min adam gələcək. Ölkədə isə 60-70 valyutadəyişmə məntəqəsi var. Belə çıxır ki, 100 min adam valyutanı dəyişmək üçün sıraya düzülüb gözləyəcək. Bu məntəqələrin sayı artırılmalıdır", - deyə S.Novruzov əlavə edib.
***
Millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, Azərbaycanda insanların banklara olan inamı itib.
"Azərbaycanda banklar bağlanır. Buna görə də insanların banklara olan inamı itir. İnsanlar külli miqdarda vəsaiti evində saxlayır. Mərkəzi Bank bu istiqamətdə konkret addımlar atmalıdır. İnsanların banklara olan inamı bərpa edilməlidir", - deputat qeyd edib.

Siyasi       Tarix: 08 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeber hava proqnozu şou biznes xəbərləri cəbhədən son məlumat