Belə evləri alanlar uduzur - Açıqlama

Belə evləri alanlar uduzur - AçıqlamaSon illərdə daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri alıcıların diqqət mərkəzindədir. Bir çox vətəndaş mənzil alarkən yalnız hazırkı qiymətə deyil, onun gələcəkdə dəyərinin artıb-artmayacağına da önəm verir. 
Mənzilin gələcəkdə bahalaşacağını göstərən əsas əlamətlər hansılardır və alıcılar seçim zamanı nələrə diqqət etməlidir?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən əmlak eksperti Firdovsi Xəlilov bildirib ki, investisiya xarakterli əmlak yatırımı ilə yaşamaq üçün edilən əmlak yatırımını bir-birindən ayırmaq lazımdır:
"Əgər yaşayacağımız və ya istifadə edəcəyimiz bir əmlak bu, hətta bağ evi də ola bilər, axtarırıqsa, vəziyyət tamamilə dəyişir. Burada diqqət etməli olduğumuz məqamlar başqadır. Ən başda gələn məsələ əmlakın ailə üzvlərimizin mütəmadi vaxt keçirdiyi yerlərə yaxın olması və ya oraya bir marşrutla rahat gedib-gəlməyin mümkün olmasıdır. İkinci dərəcəli diqqət etməli olduğumuz məqam isə ailə üzvlərinin sayına uyğun yataq otaqlarının olmasıdır.
Keçək kapital yatırımı baxımından yanaşmaya. Əmlakın kapitallaşmasında əsas indikator əmlakın bugünkü qiyməti ilə onun illik kirayə gəlirinin nisbətidir. Yəni bu gün əmlakın qiyməti 100 min manatdırsa və onun illik kirayə gəliri 5 min manat təşkil edirsə, deməli, o, normal yatırım alətidir. Əgər illik gəlir 5 min manatdan çoxdursa, yaxşı yatırımdır. 5 min manatdan azdırsa, yatırım aləti olaraq zəifdir. Yəni 5% göstəricisi burada orta hədd sayılır.
Eyni zamanda diqqət edəcəyimiz məqamlardan digəri isə, əmlakı nağd, kreditlə, yoxsa hissəvi ödənişlə almağımız yatırım baxımından xüsusi düşünülməlidir. Maliyyədə "pulun zaman dəyəri" deyilən bir anlayış var. Əgər ölkədə effektiv inflyasiya təxminən 13% civarındadırsa və biz bundan daha aşağı faizlə ucuz kredit tapırıqsa, birmənalı olaraq yatırımı kreditlə etmək daha əlverişlidir. Hətta qiymətdə müəyyən fərq yaransa belə, hissəvi ödənişə üstünlük vermək lazımdır. Çünki inflyasiya mühitində gələcək ödənişlərin real dəyəri düşür".
Ekspert əlavə edib ki, həmçinin, bir çox alıcı aldanaraq rəqabət üstünlüyünü sırf aşağı qiymətdə görür: 
"Unutmaq olmaz ki, ən ucuz əmlak ən yaxşı əmlakdır demək deyil. Ucuzluğun arxasında çox vaxt ciddi gizli problemlər dayanır.
Əgər mənzil yeni başlayan bir layihədən alınırsa, şirkətin hüquqi sənədlərinə və keçmiş fəaliyyətinə baxılmalıdır. Bu şirkət indiyədək həyata keçirdiyi digər layihələri vaxtında təhvil veribmi, yoxsa gecikmələr olub? Bununla yanaşı, şəhərin və nəqliyyatın inkişaf istiqamətinə (metro, avtobus qovşaqları) diqqət yetirməklə yanaşı, ərazinin mövsümi riskləri də nəzərə alınmalıdır. Yağış mövsümündə həmin ərazini sel və ya su basırmı? Elektrik, qaz, su və kanalizasiya xətləri artan tələbatı ödəyəcək gücdədirmi? Çünki biz əmlakı bir mövsümlük deyil, bütün illər və mövsümlər üçün alırıq. Sonda çox vacib bir faktı da qeyd etmək istəyirəm. Çox zaman bəzi iqtisadçılar bilməyərəkdən passiv yatırım alətləri ilə aktiv yatırım alətlərini bir-birindən ayıra bilmir və onları qarışdırırlar. Aktiv yatırım o deməkdir ki, siz mütəmadi olaraq bu işlə məşğul olursunuz, zamanınızı sərf edirsiniz və risk edirsiniz. Əlbəttə, aktiv yatırımın riskləri ilə yanaşı, gəlirləri də böyük olur. Passiv yatırımda isə zərər etmə ehtimalınız çox aşağı olur, ya az xeyir götürürsünüz, ya da heç götürmürsünüz. Ən böyük risk də budur. Üstünlüyü isə ondan ibarətdir ki, siz buna mütəmadi vaxt sərf etmirsiniz. Yəni bir ev aldınız, onu icarəyə verdiniz. Hər gün gedib o evin qapısını açıb içəridə hansısa iş görmürsünüz. Kirayə vaxtı çatdıqca ödənişinizi alırsınız, yəni passiv gəlir əldə edirsiniz. Müvafiq olaraq, riski az olduğu üçün gəliri də aktiv yatırım alətlərindən aşağı olur. Əmlakı dəyərləndirərkən bu fərqə mütləq diqqət yetirmək lazımdır". / azxeber.com

Sosial       Tarix: 23 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber az futbol xeberleri kriminal xeberler xeber