"Bəniz'in keçmiş ərinin meyiti tapıldı - İstanbulda film kimi cinayət

Türkiyədə meyiti tapılan azərbaycanlı kişi ilə bağlı yeni məlumatlar yayılıb.
azxeber.com "Unikal.az"a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək.
Əslən Qubadlı rayonundan olan Rövşən Zeynalov Türkiyədə iş adamı olub və ayaqqabı biznesi ilə məşğul olub.
Digər ən önəmli məlumata görə, meyiti tapılan azərbaycanlı iş adamı Rövşən Zeynalov "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın keçmiş həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin adlı övladları var.
Xatırladaq ki, "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilova hazırda həbsdədir. Məhkəmə ona 10 il 3 ay həbs cəzası verib.
Qeyd edək ki, avqustun 11-i səhər saatlarında mediada Türkiyədə azərbaycanlı kişinin meyiti tapıldığı ilə bağlı məlumatlar yayılıb. Hadisə İstanbulun Qaziosmanpaşa rayonunda qeydə alınıb. Mənzildən gələn pis qoxu hiss edən qonşular polisə məlumat veriblər. Əraziyə gələn polis əməkdaşları mənzilə daxil olarkən Azərbaycan vətəndaşı Rövşən Zeynalovun meyitini aşkar ediblər. Psixoloji problemləri olduğu iddia edilən bacısı Mətanət Zeynalov isə yataq otağında yatarkən tapılıb. Qadının, təxminən bir həftə ərzində qardaşının meyiti ilə eyni evdə yaşadığı müəyyən edilib. Mənzildə aparılan ilkin baxış zamanı qan izlərinə də rast gəlinib. Rövşən Zeynalovun meyiti ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb. Polis şübhəli ölümlə bağlı araşdırmaya başlayıb.

Sosial       Tarix: 12 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı

Çində alimlər tərəfindən aparılan yeni elmi tədqiqat ev şəraitində içməli suyu təhlükəli mikroplastiklərdən təmizləməyin son dərəcə asan və effektiv yolunu üzə çıxarıb. Məlum olub ki, kran suyunu sadəcə qaynatmaq və xırd

Vo Thi An Suan ADNSU-da - FOTOLAR

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Vitse-prezidenti səfər zamanı Preziden

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu