Benzema Premyer Liqada çıxış edə bilər
"Əl İttihad"ın ulduz hücumçusu və "Qızıl top"un sahibi Kərim Benzema Avropaya qayıda bilər.
KONKRET.az BAKU.WS-ə istinadən xəbər verir ki, ötən gün 36 yaşlı fransalı Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Marselo Qalardo tərəfindən cəzalandırılıb və komanda ilə məşqi buraxıb.
Kərim Dubayda keçiriləcək qış turnirində də iştirakdan uzaqlaşdırılıb.
Mətbuatda yayılan xəbərlərə görə, Benzema komandanın qış transferi gücləndirilməməsindən narazı qalıb və Səudiyyə Ərəbistanını icazəsiz tərk edib. Ulduz futbolçunun cəzalanmasının səbəbi də bu olub.
Hücumçu axtarışında olan "Arsenal" Kərim Benzema ətrafında yaranmış vəziyyətdən yararlanmağa qərar verib.
İngilislər 36 yaşlı fransızı mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, daha əvvəl "Mançester Yunayted" Benzemanı almağa çalışsa da, fransız "qırmızı şeytanlar"ın hazırda yaşadığı böhran səbəbindən bu variantı rədd edib.
Premyer Liqa çempionluğu uğrunda mübarizə aparan Londonun "Arsenal" klubunun təklifi fransız forvardın marağına səbəb ola bilər.

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb