Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - Açıqlama

Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AçıqlamaRusiyada bəzi bölgələrdə benzinin əlçatanlığında yaranan çətinliklər enerji bazarında yeni müzakirələrə səbəb olub. Bu vəziyyət avtomobil sektorunda alternativ enerji mənbələrinə marağın artması ehtimalını yenidən gündəmə gətirir. Belə şəraitdə sürücülərin seçim davranışı dəyişə bilərmi və bu dəyişiklik qlobal avtomobil bazarına necə təsir göstərə bilər?
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bildirib ki, Rusiya bazarında benzin qıtlığının və ya yanacaq təminatında yaranan problemlərin elektromobillərə marağın artmasına müəyyən təsir göstərə biləcəyi istisna deyil:
"Çünki ənənəvi yanacaq növlərinə çıxışda çətinlik yarandıqda, istehlakçılar alternativ nəqliyyat vasitələrinə daha çox diqqət yetirməyə başlayırlar. Xüsusilə böyük şəhərlərdə yaşayan və gündəlik hərəkət məsafəsi məhdud olan sürücülər üçün elektromobillər daha cəlbedici seçimə çevrilə bilər. Bununla belə, elektromobillərə marağın kəskin artması üçün təkcə yanacaq qıtlığı faktoru kifayət etmir. Elektrik doldurma infrastrukturunun inkişaf səviyyəsi, elektromobillərin qiyməti, dövlət dəstəyi proqramları və texniki xidmət imkanları da mühüm rol oynayır. Əgər benzinlə bağlı problemlər uzunmüddətli xarakter daşıyarsa, bu, alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinə keçid prosesini sürətləndirə bilər".
Ekspert deyib ki, eyni zamanda, istehlakçılar hibrid avtomobillərə də daha çox üstünlük verməyə başlaya bilərlər:
"Qlobal təcrübə göstərir ki, enerji bazarlarında qeyri-sabitlik dövrlərində elektromobillərə maraq adətən artır. Buna görə də, Rusiyada yanacaq təminatı ilə bağlı problemlərin davam etməsi elektromobil bazarının inkişafına müəyyən stimul verə bilər" , - deyə o qeyd edib.
Qısası, yanacaq bazarındakı qeyri-sabitlik və benzin qıtlığı sürücüləri ənənəvi daxili yanma mühərrikli maşınlardan imtina edərək elektromobillərə keçməyə sövq edir.

Sosial       Tarix: 01 iyul 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər

Azərbaycanda rəsmi iş yeri və stabil gəliri olan şəxslərin belə banklardan kredit ala bilməməsi vətəndaşlar arasında tez-tez narazılıq doğuran məsələlərdəndir. Bir çox hallarda insanlar maaş kartı ilə işlədiklərini və daim

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri sonxəbərlər xeberler bugun sonxeberler