""Beşiktaş" diqqətli olmalıdır" - Adrian Mutu

"Beşiktaş" itirəcəyimiz heç nəyin olmadığını bilməli və diqqətli olmalıdır".
KONKRET.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu Türkiyənin "Beşiktaş" klubuna qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib:"Bilirik ki, bizi çətin oyun gözləyir. İki qol fərqini aradan qaldırmalıyıq. Baxmayaraq ki, çox güclü rəqiblə qarşılaşacağıq. "Beşiktaş"a rəqib olduğumuz zaman hamı bizi siyahıdan silmişdi. Futbolda hər şey mümkündür. Bura məğlub kimi gəlsək də, qələbə qazanmaq istəyirik. Geyindiyimiz dəyərlərə hörmətlə yanaşmaq istəyirik. Normalda bu cür komandalarla Konfrans Liqasında yox, Çempionlar Liqasında qarşılaşırsan".
Baş məşqçi cavab matçında heyətdə ciddi dəyişikliklər olmayacağını söyləyib: "Zədəli futbolçuları çıxmaq şərtilə eyni heyət olacaq. Heyətimiz elə də geniş deyil. Yeni transferlərin də meydana çıxması gözləniləndir. Həm avrokuboklarda, həm də çempionatda yaxşı çıxış etmək üçün daha geniş heyətin olmalıdır. Düşdüyümüz vəziyyətə uyğunlaşmağa və yaxşı şəkildə çıxmağa çalışırıq. Buradayıqsa, hər görüşə qələbə üçün gəlmişik".
Mutu oyunöncəsi məşq keçməyə çox vaxtlarının olmadığını vurğulayıb: ""Səbail"lə oyundan sonra bərpa məşqinə bir gün vaxtımız oldu. Ondan sonra bu gün ilk dəfə tam şəkildə meydanda məşqə çıxacağıq. Bakıya dönüşümüz cümə gününə planlaşdırılır. "Sabah"la çempionat oyununun vaxtı dəyişdirilməsə, həmin matç öncəsi də eyni vəziyyət olacaq".
O, Bakıdakı matçın ikinci hissəsində sərgilənən performansı İstanbulda görmək istədiyini deyib: "İlk görüşün birinci hissəsində də komanda əlindən gələni edirdi. Amma komandamdan ikinci hissədəki mübarizəni gözləyəcəyəm. Sabah öz üslubumuzda oyun göstərməyə çalışacağıq. Rəqibin kimliyindən asılı olmayaraq, eyni üslubda davam etmək lazımdır. İkinci hissədə göstərdik ki, futbol oynaya bilirik".
Qeyd edək ki, avqustun 17-də "Beşiktaş" stadionunda keçiriləcək "Beşiktaş" – "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. "Neftçi Arena"dakı ilk matçda qonaq komanda 3:1 hesablı qələbə qazanıb.

İdman       Tarix: 16 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun xəbərlər krimnal xeber xeberlər