Bəxtiyar Hacıyevin həyatı üçün təhlükə yoxdur' - Adil Qeybulla ictimai fəalla görüşdü
Tanınmış həkim, professor Adil Qeybulla həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkib.
azxeber.com-un xəbərinə görə, bu barədə Adil Qeybulla feysbukda paylaşım edib.
"Bu gün saat 12.30-da Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar hissəsində müşahidə altında olan təqsirləndirilən şəxs Bəxtiyar Hacıyevlə görüşdüm. Görüşə vətəndaş cəmiyyəti üzvlərinin çoxsaylı müraciətləri əsasında Ədliyyə Nazirliyinin Tibb İdarəsi tərəfindən icazə verilmişdi. Müayinə prosesi Tibb İdarəsinin həkimlərinin iştirakı ilə aparıldı.Bəxtiyar bəyin vəziyyəti kafidir, mülayim başgicəllənmədən şikayət edir.
Hemodinamik göstəricləri stabildir: arterial təzyiqi 110/70 vv.c.st., nəbzi 80, səkəri 5 mmol/l. Çəkisi 77.5 kg. Huşu aydındır, təmasa girmək və koordinasiya qabiliyyəti normal saxlanılıb. Həyatı üçün təhlükə yoxdur.Ona aclıq aksiyasının dayandırmağı tövsiyə edildi.Əlavə dəstək müalicəsi kimi, su-elektrolit balansını normal saxlamaq məqsədilə venadaxili infuziya edildi (NaCl 0.9%-400 ml, Panangin 10 ml, vitamin B1, B6, B12, C, Ringer-lokk 500 ml).
2 saat müddətində infuziya aparıldı və söhbət etdik.Əhval-ruhiyyəsi stabildir. Ailə üzvlərinə və bütün dostlara salamlar söylədi"-deyə o qeyd edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var