Bəy və gəlinin qanı təmizdirsə, onlar "Vağzalı"dan imtina etməzlər" - Əməkdar artist
Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun toylarda gənclərin "Vağzalı"dan imtina etməsi ilə bağlı səsləndirdiyi fikirlər gündəm olub.
azxeber.com xəbər verir ki, musiqiçi bəzi muğam ifaçılarını tənqid edərək onların hazırladıqları milli kompozisiyalarda "Vağzalı"dan istifadə olunmamasını sərt şəkildə qınayıb.
Əməkdar artist, xanəndə İlkin Əhmədov azxeber.com-a açıqlamasında Hüseyn Məhəmmədoğlunun tənqidini haqlı saydığını və bu cür halların yanlış olduğunu bildirib.
""Vağzalı" bizim tariximiz, kökümüz, mədəniyyətimiz, milli musiqi irsimizdir. Onun çıxdaş olunmasını mən də doğru saymıram. Təyyar Bayramovun, Babək Niftəliyevin, Mirələm Mirələmovun hazırladıqları çıxışların içində "Vağzalı" səslənir. Heç bir azərbaycanlı şüurlu şəkildə bundan imtina edə bilməz".
O deyib ki, "Vağzalı"dan imtina etmək olmaz:
"Bunu edənlərə qəzəblənirəm, heyrətlənirəm. Bu halla rastlaşanda çox böyük təəssüf hissi keçirirəm. Mənə də bəzən belə bir çıxış hazırlamaq təklif olunur, amma imtina edirəm. Razıyam ki, toyum, məclisim az olsun, nəinki bizim musiqimizin yaraşığı olan, tüklərimizi biz-biz edən, qəlbimizi riqqətə gətirən, bizi kövrəldən, ağladan, duyğulandıran, bəzən də keçmişə qaytaran, gələcəyə ümid yaradan belə gözəl musiqi əsərinə etinadsız yanaşım".
Əməkdar artist bildirib ki, bu kimi hallara qarşı hər kəs bir olub etiraz etməldiir:
"Əminəm ki, bu hal çox davam etməyəcək. "Vağzalı" bizim toylarımızın himnidir. Bunu hər zaman demişəm və sözümün üstündə dururam. Əgər bəy və gəlinin qanı, geni təmizdirsə, onlar "Vağzalı"nı seçəcəklər. Bu da onlara böyük məsuliyyət hissi verəcək.
Bu məsələyə təkcə sənətkarlar yox, toy sahibləri, ağbirçəklər, ağsaqqallar da reaksiya verməlidir. Müasirləşmək o demək deyil ki, "Vağzalı"nı unudaq. Sonra da kimsə gəlib desin ki, o da bizimdir. Buna yol vermək olmaz!".
Aysel Hacızadə
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək