"Binə" ticarət mərkəzində DAVA

Bakının Qaradağ rayonunda 1995-ci il təvəllüdlü Fariz tanışı Ülviyyə xəsarət yetirib.
KONKRET.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 18-də Lökbatan qəsəbəsi, "Binə" ticarət mərkəzinin 5-ci sıra, 3-cü korpusunda yerləşən "Miss Moda" mağazasının qarşısında baş verib.
Fariz heç bir əsaslı səbəb olmadan yumruq və təpiklə tanışı Ülvinin bədənin müxtəlif nahiyyələrınə bır neçə dəfə vuraraq, ona xəsarətlər yetirib.
Həmçinin, Fariz Ülvinin istifadəsində olan eşitmə aparatını zədələyib, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib.
Hadisəni törədən Farizin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, "Binə" ticarət mərkəzində arabaçı işləyir:
"Hadisə günü, saat 16.00-da "Binə" ticarət mərkəzinin 5-ci sıra, 3-cü korpusunda olan zaman bazarda arabaçı işləyən uzaq qohumum Hüseynin bazarda su satışı ilə məşğul olan Ülvü ilə söhbət etdiyini gördüm. Onlara yaxınlaşdım və söhbətlərindən başa düşdüm ki, Hüseyn tanımadığı şəxsdən 10 manata gödəkçə alıb. Ülvi isə həmin gödəkçənin ona məxsus olduğunu bildirir. Ülviyə bir neçə dəfə izah etdim ki, gödəkçə ona məxsus deyil. Söhbət zamanı aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək əlim ilə Ülvinin sifətinə zərbə vurdum".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ülvinin sözlərinə görə, "Binə" ticarət mərkəzində su satışı ilə məşğul olur:
"Oktyabrın 18-də, saat 16.00-da "Binə" ticarət mərkəzinin 5-ci sıra, 3-cü korpusunda olan zaman bazarda arabaçı işləyən Hüseyni gördüm. Hüseynin mənim səhvən zibilliyə tullanılan gödəkçəmi geyinməsini müşahidə etdim. Mən dərhal ona yaxınlaşaraq həmin gödəkçəni haradan aldığını soruşdu. O da gödəkçəni tanımadığı şəxsdən "Sədərək" ticarət mərkəzində 10 manata aldığını dedi. Hüseynə həmin gödəkçənin mənə məxsus olduğunu bildirdim. Lakin Hüseyn mənə əhəmiyyət verməyərək getdi. Biz söhbət edən zaman yanımıza Hüseynin tanışı Fariz yaxınlaşdı.
Farizə baş vermiş hadisəni danışdım. Farizə Hüseynə 10 manat pulu verdikdən sonra gödəkçənı qaytarmasını dedim. Mənim bu sözümdən sonra aramızda sözlə mübahisə yarandı. Fariz bir əli ilə boğazımdan tutdu, digər əli ilə isə sifətimə zərbə endirdi. Fariz məni vurduğu zərbə nəticəsində yerə yıxıldım. Sağ qulağımın içərisində olan eşitmə aparatı sındı. Bundan sonra Həbib və Xəzər Farizi məndən ayırdı. Yaranmış səs-küyə polis əməkdaşları yaxınlaşdı və bizi polis bölməsinə apardılar".
Qaradağ rayon Məhkəməsinin hökmü ilə Fariz aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 6 ay 18 gün islah işləri cəzasına məhkum edilib.

Hadisə       Tarix: 12 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberleri xəbərlər.com dunya xeberleri hava