Binəqədi rayonunda "Son zəng" tədbirləri təşkil olundu - Foto

Binəqədi rayonunda 14 iyun 2022-ci il tarixində Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri təşkil olundu. 
azxeber.com xəbər verir ki, rayonun 83 saylı məktəb-liseydə təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası təhsil nazirinin müavini Muxtar Məmmədov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Bakı şəhəri üzrə təhsil idarəsinin müdir müvini Xəyalə Əhmədzadə, 83 saylı məktəb - liseyinin direktoru Almaz Bayramova, məktəbin müəllim, şagird, valideyn kollektivi və şəhid ailələrinin üzvləri iştirak edirdilər. 
Tədbir vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu. Tədbiri giriş nitqi ilə açan 83 saylı məktəb – liseyinin direktoru Almaz Bayramova 2021-2022-ci tədris ili ərzində məktəbin əldə etdiyi nailiyyətlərindən, şagirdlərin müvəffəqiyyətlərindən danışaraq, tədbirdə iştirak edən qonaqlara  təşəkkürünü bildirdi. 
 Tədbirdə çıxış edən Azərbaycan Respublikasının təhsil nazirinin müavini Muxtar Məmmədov təhsilə olan dövlət qayğısını xüsusi  vurğulayraq,  yeni məktəblərin istifadəyə verilməsinin yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynadığını bildirdi. Nazir müavini təhsilin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğuladı və məktəblərin 2021-2022-ci tədris ilinin uğurlarından söhbət açaraq, "Son zəng" münasibətilə məzunları təbrik etdi. 
  Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev bu il "Son zəng"i çalınan məktəbliləri Qalib Dövlətin qalib övladları olaraq məzun olmaları münasibətilə ürəkdən təbrik edərək, bu zəngin onların ilk müstəqil addımlarının  və uğurlarının təməli olduğunuı,  onların ölkəmizə və vətənimizə layiqli vətəndaş olacaqlarına əmin olduğunu qeyd edərək, səslərinin uca zirvələrdən gəlməsini, çalınan  "Son zəng"in məktəbin son, məzunların uğurlarının isə ilk sədası olmasını diləyərək, onlara tələbə adı qazanmağı arzu etdi.   
Növbəti çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bu gün məzun olan şagirdlərin Azərbaycanın gələcəyi olduğunu, onların üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gələcəklərinə və etimadı doğruldacaqlarına inandığını bildirdi və gələcək həyatlarında onlara uğurlar arzu etdi.  
Tədbir  məzunların hazırladıqları musiqi parçaları, rəqs nömrələri və mədəniyyət işçilərinin gənclərə hədiyyə etdikləri yeni musiqi nümunələrinin nümayişi ilə davam etdi.
Binəqədi rayonunda Binəqədi rayonunda

Sosial       Tarix: 14 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər bugun xeberler cəbhədən son durum xeber saytlari