Binəqədidə "Şəhidlik - əbədiyyətdir" adlıtədbir keçirilib - FOTOLAR

Binəqədidə 28 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş Memorial Kompleksin açılış mərasimi və "ŞƏHİDLİK - ƏBƏDİYYƏTDİR" adlı ümumrayon tədbiri həyata keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Kəmaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri,  Aparatının şöbə müdirləri, hüquq mühafizə orqanlarının rəhbərləri,  sahə və qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin. Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin kollektivləri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, rayon Ağsaqqallar Şurasının, ictimai birliklərin üzvləri, ziyalılar  və rayon ictimaiyyəti iştirak edirdilər.
Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Memorial Kompleksin qarşısına əklil və gül dəstələri  qoyuldu və  tədbir  topaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev şəhid ailələrinə böyük ehtiramını bildirərək, Birinci Qarabağ və 44 günlük  Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş Binəqədi rayonundan olan şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin mənəvi əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, Binəqədi rayonunda şəhidlərimizin xatirəsinə Binəqədi, Biləcəri, Xocəsən qəsəbələrində Xatirə Kompleksləri, elə bu ərazinin yaxınlığında - Dərnəgül park ərazisində Vətən müharibəsində şəhadətə qovuşmuş  üç min şəhidimizin əziz xatirəsinə yaşıllıq ərazisi salınmışdır. Bu gün Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində  canlarını fəda edən Binəqədi rayon  şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Memorial Kompleksə 301(üç yüz bir)  şəhidlərimizin adı və soyadı həkk olunmuşdur və elektron tabloda bu şəhidlərimizin həyat tarixçəsi və keçdiyi döyüş yolu haqqında məlumatlar toplanmışdır. "Uzun illər ermənilər tərəfindən dinc əhalimiz terrora məruz qalmış, xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, 30 ilə yaxın torpaqlarımız işğal altında qalmışdı.
Ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı həssas diplomatik mübarizə, xalq, rəşadətli Milli Ordu və dövlət birliyi  Azərbaycanı öz tarixi torpaqlarına qovuşdurmağı bacardı" - deyə Rayon İcra Hakimiyyətinin başçısı söyləmişdir.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov öz çıxışında qeyd edib ki, iki il bundan əvvəl sentyabr ayının 27-si Şanlı qələbəmizin təməlinin qoyulduğu gündür. Xalqımız 44 gün ərzində möhtəşəm Zəfərə imza atmaqla dünya hərb tarixinin yeni qızıl səhifəsini yazdı. Bu Qələbə xalqımızın və Ordumuzun gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, əziz xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir.
Daha sonra çıxış edən  şəhid anaları övladları ilə bağlı xatirələrini bölüşərək  şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin onları duyğulandırdığından bəhs etdilər. Həmçinin şəhidlərə verilən yüksək qiymətə, şəhid ailələrinə və qazilərə  göstərilən diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını ifadə etdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə "Suqovuşanın azadlığı uğrunda", "Cəsur döyüşçü" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunan qazi Ruslan Şıxıyev isə öz çıxışında bildirdi ki, "Biz birlikdə güclüyük!" şüarı ilə hər günü gərgin keçən 44 günün içərisində biz Azərbaycanın növbəti uğur tarixini yazdıq. Bu tarixin isə bir qəhrəmanı var : Azərbaycan xalqı, Azərbayca Ordusu və onun yenilməz Lideri cənab İlham Əliyev!
Sonda Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında "Şəhidlərimizə" həsr olunmuş bədii kompozisiya təqdim olundu. 
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allah rəhmət etsin söyləyirik!
Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə / azxeber.com

Sosial       Tarix: 28 sentyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib


azerbaycan xeberleri son xeberler yeni xeberler şou biznes xəbərləri bugünkü son xəbərlər cəbhədən xəbərlər en son xeberler bu gun