Binəqədidə "Zəfərimiz əbədidir!' adlı tədbir keçirilib - Fotolar

Binəqədidə 05 noyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr- "Zəfər Günü"nə həsr olunmuş "ZƏFƏRİMİZ ƏBƏDİDİR!" adlı tədbir keçirilmişdir. 
Tədbirdə Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri,  Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, bələdiyyələrin, orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin, mədəniyyət müəssisələrinin, ictimai birliklərin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsini və   Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleksi ziyarət edərək, onların  əziz xatirəsini ehtiramla yad etdilər.  
Tədbirdə iştirak edənlər rayonun orta ümumtəhsil məktəb şagirdlərinin 8 Noyabr – "Zəfər Günü" və  9 Noyabr –"Bayraq Günü"nə həsr olunmuş rəsm sərgisi ilə tanış oldular.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və  Vətən torpağı uğrunda canlarından keçərək ən Uca Zirvə- Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 Tədbirdə  çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev  Şanlı Qələbə - 8 Noyabr – "Zəfər Günü" münasibətilə  hər bir kəsi təbrik edərək qeyd etdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan  rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq.  
Daha sonra Vətən müharibəsi şəhidi - Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, "Qarabağ" ordenli gizir  İbrahim Sadıxlının atası Şahin ata və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" "Füzulinin azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunan şəhid əsgər Teymur Zeynalovun atası Tağı ata çıxışlarında övladlarının yoxluğundan əziyyət çəkdilərini ifadə etsələr də, övladı ilə fəxr etdiklərini, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, şəhidlərimizin xalqımıza böyük qürur hissi yaşatdığını qeyd edərək, şəhidlərimizin xatirəsinə göstərilən hörmət və ehtiramdan böyük məmnunluq hissi keçirdiklərini bildirdilər. Həmçinin onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  öz təşəkkürlərini bildirdi.
Növbəti çıxış edən Vətən müharibəsi qazisi Rəhman Qəhrəmanov söylədi ki, "Torpaq namusdur, qeyrətdir. Torpaq heysiyyatı hər birimizin qəlbindədir. Onu düşmən işğalından azad etmək hər bir ölkə vətəndaşının vicdan borcu idi. Şükürlər olsun, biz həm vicdan borcumuzu, həm də vəzifə borcumuzu layiqincə yerinə yetirdik. Ali Baş Komandanımızın qətiyyətli addımları, xalqımızın ordunun yanında olması, cəmiyyətimizin müharibəyə, Böyük Qələbəyə köklənməsi bizi daha irəlilərə apardı. Şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə  xalqımızı təbrik edir, Vətən uğrunda canından keçən bütün şəhid qardaşlarımıza Allahdan rəhmət diləyirəm".
Sonda çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.   
Tədbirin bədii hissəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun orkestrinin ifasında marşlar, 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcılıq kollektivi və 153 saylı körpələr evi-uşaq bağçasının bir qrup körpə fidanları tərəfindən şeir kompozisiyaları səsləndirildi.
ZƏFƏR GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!
Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə / azxeber.com

Sosial       Tarix: 05 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbər son xəbərlər sosial yardim xeberler az