"Bir az üzüntü və yorğunluq var idi" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqası qrup mərhələsinin "Bayer"lə matçından öncə "CBC Sport" kanalına açıqlamalar verib.
KONKRET.az xəbər verir ki, 51 yaşlı mütəxəssis öncə "Jean Borotra World Fair Play Career" mükafatını alması ilə bağlı təəsuratlarını bölüşüb:
"Təəsüratlarım çox xoş oldu. Bəlkə də düşünmək olardı ki, yaddan çıxmışdı. Bu hadisə xeyli müddət əvvəl olmuşdu. Mükafatı alanda yenidən o olaylar yadıma düşdü. Maraqlı tədbir alındı. Həm mən özümə, həm həmin epizoda çox xoş münasibət göstərildi. Məni bu mükafata layiq gördükləri üçün hər kəsə təşəkkür edirəm".
Qurban Qurbanov "Bayer"lə oyundan öncə komandadakı ümumi durum barədə məlumat verib. O, Tovuz səfərindən sonra futbolçularda yorğunluq olduğunu bildirib:
"Heyətdə ümumi olaraq problem yoxdur. Sadəcə "Turan Tovuz" səfərindən sonra bir az üzgünlük və yorğunluq var idi. Süni örtük və uzaq səfərin təsiri hiss olunurdu. Futbolçular xeyli güc sərf etmişdilər. Amma "Bayer"lə matç tam fərqli oyun, başqa bir turnirdir. Hər futbolçu meydanda olmaq istəyir. Demək olar ki, hamı hazırdır. Zədədən qayıdan bəzi futbolçular komanda ilə məşq etmələrinə baxmayaraq, fiziki durumları bizim istədiyimiz səviyyədə deyil".
Təcrübəli məşqçi zədələrini sağaldan Bəhlul Mustafazadə və Marko Veşoviçin oynamağa hazır olduğunu deyib:
"Ümumən normaldırlar. Demək olar ki, zədələri tam olaraq geridə qalıb. Hazırlıq səviyyələri tam qaydasında deyil. Bəhlul bir aydan bir az çoxdur ki, məşqləri buraxırdı. Durumu pis deyil, komanda ilə tam məşqlərə başlayıb. İstənilən tapşırığı yerinə yetirə bilir. Sadəcə oyun ritmi tam çatışmır. Onlara bu gün və sabah məşqlərdə nəzər yetirəcəyik".

İdman       Tarix: 24 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar bugünki xəbərlər cəbhədən son xeber sou xeberler