Bir həftəyə böyüdü... - FOTOLAR
Xəbər verdiyimiz kimi, "Qarabağ UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu mübarizədən kənarlaşdıraraq tarixi nəticə əldə edib.
KONKRET.az xəbər verir ki, Ağdam klubuna ümumi hesabda qələbə qazandıran qola 120+2-ci dəqiqədə Nəriman Axundzadə imza atıb.
Matçdan sonra Qurban Qurbanovun gənc futbolçusunu qucaqlaması diqqətdən qaçmayıb.
Qeyd edək ki, Portuqaliyada keçirilən ilk matçda Nəriman qola yaxın olsa da, əlinə düşən fürsətdən yararlana bilməmiş və bu səbəbdən oyundan sonra ağlamışdı.
Qurban Qurbanov həmin matçdan sonra gənc hücumçu barədə demişdi:
"Nərimanla ayrılıqda danışmamışam. Paltardəyişmə otağına gələndə də onu görmədim. Yəqin ki, gizlənirdi. Deyəsən, hətta oyunda da ağlayırdı. Fikri o epizodda qalmışdı. Əgər məsələyə bu cür yanaşdısa, deməli, çox böyük məsuliyyət dərk edir. Mən buna ancaq sevinirəm. Bəlkə də o qolu vursaydı, daha gec böyüyərdi. Məncə indi daha çox böyüyəcək, öz üzərində işləyəcək. Mütləq onunla danışacağam. Hər şey pozitiv notlarla yekunlaşacaq".





Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto