Bir kənd yasda: Altı qadın dəfn edilir - Ölənlərdən ikisi bacıdır

Bir kənd yasda: Altı qadın dəfn edilir - Ölənlərdən ikisi bacıdırDünən saat 15:20 radələrində Lerikin Günəşli kəndi yaxınlığında baş vermiş ağır yol qəzası nəticəsində vəfat edən 8 qadının cənazəsi ailələrinə təhvil verilib.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, xəstəxanalarda aparılan tanınma prosesindən və ekspertizadan sonra gecə saatlarında onların nəşi yaxınlarına təhvil verilib. Vəfat edən qadınlardan biri Saray Axundova artıq Lənkəranın Boladi kəndində dəfn edilib. Bu gün kənd qəbiristanlığında Boladi kənd sakini olan daha 6 qadın dəfn ediləcək.
Boladi kənd Bələdiyyəsinin sədri Salman Dadaşov bildirib ki, artıq dəfn prosesi ilə bağlı bütün hazırlıq işləri görülüb. 
Qəzada vəfat edən sərnişinlərdən Xəlilova Dilarə İslam qızı sürücü Səyyad Səyyadovun baldızı olub. Sürücünün həyat yoldaşı Zəhra Səyyadovanın vəziyyəti isə ağır qiymətləndirilir. Bundan başqa qəzada vəfat edən Təcrübə Ağayeva və Səmayə Rzayeva bacı olublar.
İlkin məlumata görə, qəzaya uğrayan mikroavtobus təhlükəsizlik standartlarına cavab verməyib.
Çünki adətən əvvəllər xarici ölkələrdə yük maşını kimi istifadə edilmiş bu tipli nəqliyyat vasitələri daha sonra mikroavtobus modelinə uyğunlaşdırılır.
Qeyd edək ki, Lerikin Zuvand kəndi yaxınlığındakı "Baba ocağı" ziyarətgahından qayıdan Lənkəran sakinlərinin olduğu mikroavtobusun sürücünün idarəetməsindən çıxaraq betona çırpılması və daha sonra aşması nəticəsində Boladi kənd sakinləri: Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Rəhimova Nazxanım İsabala qızı, Tahirova Zərnitac İslam qızı və Göyşaban kənd sakini Dilarə Xəlilova vəfat edib. Sürücü və avtobusun sərnişini olan daha 7 qadın xəstəxanalara yerləşdirilib. Onlardan sürücünün vəziyyətinin nisbətən yaxşı olduğu bildirilir. Digər yaralılar reanimasiya şöbəsində müalicə olunur.
Bir kənd yasda: Altı qadın dəfn edilir - Ölənlərdən ikisi bacıdır

Sosial       Tarix: 05 sentyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Dənizdə batmamaq üçün bu qaydalara əməl edilməlidir

Yay mövsümündə çimərliklərə üz tutanların sayı artır. Mütəxəssislər isə dənizdə baş verən bədbəxt hadisələrin qarşısını almaq üçün təhlükəsizlik qaydalarına ciddi əməl etməyin vacibliyini vurğulayırlar. -un -ə istinadən məlumatın

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

Bakının Xətai rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Babək prospektində qeydə alınıb. Belə ki, BMW, BYD və "Khazar" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edilib. xəbər verir ki, 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibətil

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar. xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsus

Belə maşınları alanların yanacaq xərci 80 faiz azalır - Açıqlama

Elektrikli avtomobillərin sayının sürətlə artması dünyada nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu tendensiya təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi, texnoloji və sosial sahələrdə mühü

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

20 yaşlı velosipedçini maşın vurdu - Durumu ağırdır

Lənkəranda velosipedçini avtomobil vurub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Gərmətük qəsəbəsi ərazisində baş verib. Belə ki, Yuxarı Nüvədi kənd sakini 2006-cı il təvəllüdlü Elvin Murad oğl

İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır

Növbəti həftədən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırılacaq. 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılacaq. Belə ki, "Əmək pensiyaları haqqında"

​Xəzər insanları "udur": batmamaq üçün nə etməli?

Hər il yay mövsümünün gəlişi ilə Xəzər dənizində bədbəxt hadisələrin və boğulma hallarının sayı kəskin şəkildə artır. İsti hava şəraitində sərinləmək üçün çimərliklərə axışan yüzlərlə insan təəssüf ki, bəzən suyun gizli təhlükələrin


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler cəbhədən son xəbər cəbhədən ən son xəbərlər xabarlar