Bir salama görə müğənnini döyən meyxanaçıya HÖKM OXUNDU

Bir salama görə müğənnini döyən meyxanaçıya HÖKM OXUNDUBir salama görə müğənnini döyən meyxanaçıya HÖKM OXUNDU
Abşeron Rayon Məhkəməsində bir neçə ay əvvəl Masazırdakı "Qəbələ" restoranında xanım müğənnini döyən meyxanaçı Qalib Xocalıya hökm oxunub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, meyxanaçı Cinayət Məcəlləsinin 127 və 221-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq) maddələri ilə təqsirli bilinib.
Qeyd olunub ki, 1991-ci il təvəllüdlü Qalib Xocalı hadisədən bir neçə ay əvvəl müğənni, 1984-cü il təvəllüdlü Aynur Həsənli (ad və soyad şərtidir) ilə məclisdə tanış olub. Lakin daha sonra onların arasındakı münasibət soyuqlaşıb. Hadisə baş verən gün isə Qalib Xocalı tanışı ilə "Qəbələ" restoranına gedib. Aynur Həsənli isə həmin vaxt restoranda müğənni kimi çıxış edirmiş. O, mahnı oxuyub masa kənarına gələrkən əyləşmiş şəxslərə, eləcə də Qalib Xocalıya salam verib. Lakin Qalib Xocalı onun salamını almayıb və aralarında mübahisə yaranıb. Buna əsəbiləşən Qalib Xocalı masadan qalxaraq Aynura zərbə endirib. Nəticədə müğənni burun sümüyünün yerdəyişən sınığı, sağ göz yuvasının və sol mil-bilək oynağı nahiyəsinin qançırları xəsarətləri alıb.
Döyülən müğənni hadisə zamanı masadakı qəndqabını meyxanaçıya atsa da, həmin əşya Qalibə dəyməyib.
Ekspertizanın nəticələri açıqlanandan sonra meyxanaçıya cinayət işi açılıb. İşin materialları daha sonra Abşeron Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə meyxanaçı ilk dəfə cinayət törətdiyini, Vətən müharibəsində iştirak etdiyini, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü" və "Şuqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunduğunu söyləyərək, ona yüngül cəza verilməsini xahiş edib.
Müğənni də meyxanaçını bağışladığını deyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə meyxanaçıya iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Qalib Xocalının üzərinə elektron qolbaq taxılıb.
Onun yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməsi qadağan edilib, həmçinin üzərinə digər inzibati öhdəliklər qoyulub. / oxu.az

Şou Biznes       Tarix: 09 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünki xəbərlər en son xeberler şou biznes xəbərləri metbuat