"Bir sənətkar Azərbaycanı sevmirsə, gəlib burada konsert verə bilməz" - "Kaspi"nin ARAŞDIRMASI + FOTO

"Bir sənətkar Azərbaycanı sevmirsə, gəlib burada konsert verə bilməz" - "Kaspi"nin ARAŞDIRMASI + FOTO
"Azərbaycan nə qədər açıq, demokratik ölkə olsa da, hər adam istədiyi kimi gəlib burada konsert verə, xalqımızın qarşısında sənətini nümayiş etdirə bilməz. Ona görə də bu iş Mədəniyyət Nazirliyinin icazəsi və razılığı ilə həyata keçirilməlidir".
Bu gün ölkəmizdə, xüsusən də paytaxt Bakıda bir çox əcnəbi sənətçilərin konsert proqramları təşkil olunur. Əsasən də Rusiya və Türkiyə estrada ulduzları tez-tez səhnələrimizi bəzəyirlər. Bəs bu sənətçilər ölkəmizə hansı kriteriyalara əsasən dəvət olunurlar? Ümumiyyətlə, bu məsələdə nəzarət mexanizmi varmı? Hansı sənətçilər ölkəmizə gələ bilər, hansıları isə bizim mədəniyyət və siyasət prinsiplərimizə uyğun deyil?
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Mədəniyyət Nazirliyi ilə razılaşdırma olmalıdırmı?
Məsələ ilə bağlı ilk növbədə Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, ölkəmizdə keçirilən bir çox teatr-konsert müəssisələrində tədbir və konsertlər quruumun bilavasitə təşkilatçılığı ilə həyata keçirilir:
"Dəvət olunan kollektiv, ifaçı, onun yaradıcılığı tərəfimizdən ətraflı araşdırılır. Ancaq onu da qeyd etməliyik ki, bir çox özəl şirkətlər, tədbir təşkilatçıları da müstəqil tədbirlər həyata keçirməkdədirlər. Ölkəmizdə fəaliyyət göstərən bütün zallar, auditoriyalar nazirliyin tabeliyində deyil. Nazirliyin tabeliyində olmayan müəssisələrdə sözügedən tədbirlərin nazirliklə mütləq razılaşdırılması kimi bir qayda mövcud deyil".
Amma bir sənətkar Azərbaycanı sevmirsə...
Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı da bu məsələyə ciddi yanaşılmasının tərəfdarıdır:
"Bu məsələ bədii özfəaliyyət deyil. Azərbaycan nə qədər açıq, demokratik ölkə olsa da, hər adam istədiyi kimi gəlib burada konsert verə, xalqımızın qarşısında sənətini nümayiş etdirə bilməz. Ona görə də bu iş Mədəniyyət Nazirliyinin icazəsi və razılığı ilə həyata keçirilməlidir. Nazirliyin icazəsindən sonra hansısa şirkət bu konsertin təşkilatçılığını boynuna götürməlidir. Yəni istənilən halda ölkəmizdə baş tutacaq konsertlər birbaşa Mədəniyyət Nazirliyinin ciddi nəzarəti altında olmalıdır. Kriteriyanı da Mədəniyyət Nazirliyi özü müəyyənləşdirməlidir.
Düzdür, biz sənəti, musiqini siyasiləşdirmirik. Amma bir sənətkar Azərbaycanı sevmirsə, ölkəmizin əleyhinə çıxışlar edirsə,  Qarabağ məsələsində ermənilərin yanında olubsa, bircə pul qazanmaq, özünü reklam etmək xətrinə gəlib burada konsert verə bilməz. Bundan başqa, mən əxlaqi keyfiyyətlərə də toxunmaq istərdim. Bu gün dünyada bu sənətin daşıyıcılarının çoxu cinsi azlıqların nümayəndələridir. Dünya musiqisi, əsasən, onların əlindədir. Onların bizim səhnədə nə işi var?"
"Bizim üçün biznesdən öncə Azərbaycan dəyərləridir"
Konsert təşkilatçılığını həyata keçirən şirkətlərdən birinin direktoru Fatimə İmanzadə isə deyir ki, sənətçini dəvət etməmişdən öncə araşdırma aparırlar:
"Sənətçinin ölkəmizdə nə qədər tanındığına baxırıq. Öz ölkəsində çox populyar olan sənətçi bizim ölkəmizdə bir o qədər də tanınmaya bilər. Bu cür sənətçi ilə konsert təşkil etmək risklidir. Çünki çox da uğurlu olmaya bilər. Gənc kütləyə xitab edən müğənni ilə klassik musiqiçilər də fərqlidir. Buna görə konsertə gələn insanların yaş kateqoriyası dəyişir. Digər məsələ isə budur ki, Rusiya və Türkiyə müğənniləri indi daha çox gündəmdədir. Amma biz istərdik ki, digər xarici ölkələrin də sənətçilərini dəvət edək. Sadəcə, burada bir məsələ var ki, xarici müğənnilərin Azərbaycana gəliş qiymətləri də çox yüksəkdir. Bu da öz növbəsində avtomatik olaraq bilet qiymətlərinə öz təsirini göstərir, qiymət artır. Təbii olaraq, bilet satışı çətinləşir. Heç bir təşkilatçı bu riskə gedə bilmir.
Eyni zamanda, hər hansı xarici sənətçi bir ölkəyə konsertə getmir. Dünya turuna çıxır və bu tur çərçivəsində Azərbaycana gəlir. Bunun da təşkilati hissəsini Azərbaycanda hər hansı bir təşkilat öz üzərinə götürür. Üçüncü və ən vacib məsələ isə budur ki, hər hansı bir sənətçi Azərbaycan haqqında haradasa, nə vaxtsa siyasi və ya başqa bir formatda müəyyən mənfi rəy bildiribsə, biz təşkilatçı şirkət olaraq həmin konserti ləğv edirik. Çünki biznesdən də öncə bizim üçün Azərbaycanın dəyərləridir". / oxu.az

Şou Biznes       Tarix: 29 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünki xəbərlər en son xeberler şou biznes xəbərləri metbuat