Bir sıra dönərxanalarda nöqsanlar aşkarlandı - FOTO

Bir sıra dönərxanalarda nöqsanlar aşkarlandı - FOTONaxçıvan Muxtar Respblikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən dönər satışı həyata keçirilən qida obyektlərində bayram günlərində qida zəhərlənmələrinin qarşısının alınması məqsədi ilə növbəti dövlət nəzarəti tədbirləri həyata keçirilib. 
Muxtar respublikanın müxtəlif ərazilərində baş tutan nəzarət tədbirləri zamanı dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi aparılıb.
Dövlət nəzarəti tədbirləri nəticəsində muxtar respublikada fəaliyyət göstərən 48 dönərxanada monitorinqlər keçirilib.
KONKRET.az xəbər verir ki, monitorinqlər zamanı aşağıda adları qeyd olunan dönərxanalarda nöqsanlar aşkar edilib:
– Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 46 ünvanında fəaliyyət göstərən "Dan Yeri Kafe";
– Naxçıvan şəhəri, Nizami küçəsi, Əcəmi seyrəngahında fəaliyyət göstərən "Tac Dönər";
– Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində fəaliyyət göstərən "Qızılay" restoranı;
– Naxçıvan şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Sizin Kafe" ;
– Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən Babayev Nizami Abbas oğluna məxsus dönərxana;
– Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi fəaliyyət göstərən Kərimov Əhməd Məhəddin oğluna məxsus dönərxana;
– Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən Abbasov İlqar Tağı oğluna məxsus dönərxana;
– Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən Xəlilov Məmməd Əli oğluna məxsus dönərxana;
– Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən "Tac Dönər";
– Naxçıvan şəhəri, Atabəylər küçəsində fəaliyyət göstərən "Real Dönər";
– Naxçıvan şəhəri, Əliabad qəsəbəsində fəaliyyət göstərən Vəliyev Xəyal Əbülfət oğluna məxsus dönərxana;
– Naxçıvan şəhəri, Əlincə məhəlləsində fəaliyyət göstərən "Nənəmin Təndiri Dönər";
– Şərur şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Ailə Dönər".
​Aparılmış monitorinqlər zamanı dönərxanalarda əvvəlki tarixdə bişirilmiş bişmiş dönərin yenidən istehlakçıya təqdim olunması üçün soyuducuda saxlanıldığı, üzərində heç bir etiket məlumatları olmayan, yararlılıq müddəti bitmiş məhsullardan istifadə edildiyi, temperatur rejiminə əməl olunmadığı, bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Bunun nəticəsi olaraq 21.745 kq bişmiş toyuq əti dönəri, 2.5 kq bişmiş mal əti dönəri, 4.8 kq bibər turşusu, 10.135 kq mayonez məhsulları şübhəli hesab olunduğu üçün, 1 paket göbələk, 16 ədəd alkoqolsuz qazlı içki yararlılıq müddəti bitdiyi üçün toxunulmazlığı təmin edilib, 8 halda bişmiş toyuq əti dönəri, 1 halda bişmiş mal əti dönəri, 2 halda mayonez və 2 halda bibər turşusundan nümunələr götürülərək sınaqların aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Qida Sınaq Laboratoriyasına təqdim edilib.
Agentlik tərəfindən yoxlama-nəzarət tədbirləri davam etdirilir. Müvafiq araşdırmalar və aparılan monitorinqlərin növbəti nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.

Hadisə       Tarix: 26 mart 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə


son xeberler yeni xeberler azerbaycan xeberleri meherremlik 2026 xeberler bugun 2026 kriminal bugun enson xeberler