Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universitetin öz marketinq siyasəti mühüm rol oynayır".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda illik təhsil haqqı 8 min manat olan universitetlərlə yanaşı, 1 500-2 000 manat civarında ödəniş tələb edən ali məktəblər də fəaliyyət göstərir:
"Orta göstəriciyə nəzər saldıqda isə illik təhsil haqqının təxminən 3 500 manat ətrafında olduğu görünür. Bu məbləğ orta aylıq əməkhaqqının təxminən üç mislinə, minimum əməkhaqqının isə 10 mislinə yaxınlaşır. Bu isə ailələrin büdcəsi üçün kifayət qədər böyük yükdür.
Digər tərəfdən, universitetlərin təhsil haqları hesabına formalaşan büdcəsi onların fəaliyyətinin davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Ali məktəblər həmin vəsaitlər hesabına müəllimlərin, alimlərin və inzibati heyətin əməkhaqlarını maliyyələşdirir, maddi-texniki bazanı yeniləyir və tədris imkanlarını genişləndirirlər.
Universitetin maliyyə imkanları nə qədər geniş olarsa, yüksək potensiala malik, tanınmış və beynəlxalq təcrübəyə sahib müəllimləri tədris prosesinə cəlb etmək imkanları da bir o qədər artır. Bu baxımdan, təhsil haqqının müəyyən səviyyədə olması ali məktəblərin keyfiyyətli kadr siyasəti aparması üçün vacib amillərdən biridir.
Lakin məsələyə tələbə və valideynlərin maraqları baxımından yanaşdıqda vəziyyət fərqlidir. Azərbaycanda əhalinin gəlirləri ilə mövcud təhsil haqları arasında ciddi uyğunsuzluq var. Bir çox ailə övladının universitetdə təhsil alması üçün illik ödənişi qarşılamaqda ciddi maliyyə çətinliyi yaşayır".
AQC sədri əlavə edib ki, banklar tərəfindən təhsil kreditlərinin əlçatanlığının artırılması vacibdir. Valideynlərin əlavə ağır şərtlər və yüksək ilkin ödənişlərlə üzləşmədən təhsil krediti əldə etməsi və borcu il ərzində gəlirlərinə uyğun şəkildə ödəməsi üçün daha çevik mexanizmlərin yaradılmasına ehtiyac var:
"Eyni zamanda, universitetlərdə dövlət hesabına, yəni ödənişsiz təhsil imkanlarının genişləndirilməsi də mühüm məsələdir. Təhsil birbaşa ölkənin gələcəyi ilə bağlı olduğundan, ödənişli təhsilin getdikcə üstün mövqeyə keçməsi və dövlət hesabına yerlərin azalması uzunmüddətli perspektivdə arzuolunan hal deyil.
Düşünürəm ki, dövlət tərəfindən müəyyən meyarlar hazırlanaraq hansı universitetlərdə ödənişsiz təhsil yerlərinin daha çox olması təşviq edilə bilər. Bu ali məktəblərə əlavə dövlət dəstəyinin göstərilməsi onların daha çox tələbəyə ödənişsiz təhsil imkanı yaratmasına şərait verə bilər.
Nəticə etibarilə, universitetlərin maliyyə dayanıqlığı ilə tələbələrin təhsilə əlçatanlığı arasında balans yaradılmalıdır. Keyfiyyətli təhsilin təmin edilməsi ilə yanaşı, ailələrin üzərinə düşən maliyyə yükünün azaldılması və daha çox gəncin ödənişsiz təhsil imkanlarından yararlanması dövlət siyasətinin əsas istiqamətlərindən biri olmalıdır". / azxeber.com

Sosial       Tarix: 02 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov

Qardaşlar arasında söz-söhbət də olar, narazılıq da. Amma qardaş elə qardaşdır. Bu birincisi. İkincisi isə heç biz də pis qardaş deyilik. Biz qardaşlığı ən yaxşı yerinə yetiririk. İnanmayan ardını oxusun. Azərbaycan öz cibində


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes