Bir vaxtlar qalib idik, indi finala həsrətik – Azərbaycanın "Avroviziya" tarixi

Bir vaxtlar qalib idik, indi finala həsrətik – Azərbaycanın Azərbaycanın "Avroviziya" tarixində iştirakı hər zaman maraqla izlənilib və bir çox unudulmaz nəticələrlə yadda qalıb. Lakin son illərdə bu uğurlu ənənəni davam etdirmək əvvəlki qədər asan olmayıb.
2008-ci ildən etibarən müsabiqəyə qatılan ölkəmiz qısa müddətdə Avropa musiqi səhnəsində diqqət çəkməyi bacarıb - bir dəfə qalib olub, bir neçə dəfə ilk üçlükdə və ilk beşlikdə yer alıb. Son illərdə isə Azərbaycan təmsilçiləri üçün finala yüksəlmək daha çətinləşib. Buna baxmayaraq, müxtəlif illərdə təqdim olunan ifalar və səhnə performansları tamaşaçıların yaddaşında qalmaqdadır.
azxeber.com Azərbaycanın Avroviziyadakı qalibiyyətindən yarışmadakı zəifləmə dönəminə qədər olan tarixi ardıcıllığı diqqətinizə çatdırır:
Azərbaycan yarışmaya ilk dəfə 2008-ci ildə qoşulub. Elnur Hüseynov və Samir Cavadzadə "Day After Day" mahnısı ilə debüt edərək finalda 8-ci yeri tutublar. İlk iştirak üçün bu nəticə kifayət qədər uğurlu hesab olunurdu.
2009-cu ildə ölkəmizi Aysel Teymurzadə və Arash "Always" mahnısı ilə təmsil ediblər və 3-cü yerə layiq görülüblər.
2010-cu ildə Safura Əlizadə "Drip Drop" mahnısı ilə 5-ci yeri qazanıb.
2011-ci il isə Azərbaycanın "Avroviziya" tarixində ən parlaq səhifə kimi yadda qalıb. Nigar Camal və Eldar Qasımovun ifa etdiyi "Running Scared" mahnısı ölkəmizə tarixi qələbə qazandırıb.
2012-ci ildə Bakıda keçirilən müsabiqədə Səbinə Babayeva "When The Music Dies" mahnısı ilə 4-cü olub.
2013-cü ildə Fərid Məmmədov "Hold Me" mahnısı ilə 2-ci yeri tutub.
2014-cü ildə Dilarə Kazımova "Start A Fire" mahnısı ilə 22-ci olub.
2015-ci ildə Elnur Hüseynov ikinci dəfə "Avroviziya" səhnəsinə çıxaraq "Hour of the Wolf" mahnısı ilə 12-ci yeri tutub.
2016-cı ildə Səmra Rəhimli "Miracle" mahnısı ilə 17-ci olub. 2017-ci ildə Dihaj "Skeletons" mahnısı ilə 14-cü yeri tutub.
2018-ci ildə Aisel "X My Heart" mahnısı ilə yarımfinal mərhələsini keçə bilməyib.
2019-cu ildə Çingiz Mustafayev "Truth" mahnısı ilə finalda 8-ci olub və gözləntiləri müəyyən qədər doğruldub.
2020-ci ildə pandemiya səbəbindən müsabiqə keçirilməyib. 2021-ci ildə Samirə Əfəndi "Mata Hari" mahnısı ilə 20-ci yeri tutub.
2022-ci ildə Nadir Rüstəmli "Fade To Black" mahnısı ilə 16-cı olub.
2023-cü ildə Tural-TuranX qardaşları "Tell Me More" mahnısı ilə yarımfinalda mübarizəni dayandırıblar.
2024-cü ildə Fahree və İlkin Dövlətov "Özünlə Apar" mahnısı ilə finala yüksələ bilməyiblər.
2025-ci ildə "Mamagama" qrupu "Run with U" mahnısı ilə yarımfinalda qalıb.
2026-cı ildə isə Azərbaycanı "Just Go" mahnısı ilə Cəmilə Hüseynova təmsil edib. O da yarımfinal mərhələsini keçə bilməyib.
Beləliklə, Azərbaycan "Avroviziya" tarixində bir qalibiyyət, bir neçə TOP-5 və TOP-3 nəticə, eləcə də yadda qalan səhnə performansları ilə müsabiqə tarixində öz izini qoymağı bacarıb. Son illərdə nəticələr arzuolunan səviyyədə olmasa da, ölkəmizin bu səhnədə qazandığı təcrübə və yaratdığı musiqi irsi hələ də diqqət mərkəzindədir.
Aysel Hacızadə

Şou Biznes       Tarix: 15 may 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Məşhur aktyor vəfat etdi

ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub. Qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında ba

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeber azerbaycanda son xeberler cəbhədən şad xəbər ən son xeberler