Biz Azərbaycan səfirliyinin açılmasını və İsrailə səfərinizi səbirsizliklə gözləyirik

Biz Azərbaycan səfirliyinin açılmasını və İsrailə səfərinizi səbirsizliklə gözləyirik"Biz Azərbaycan səfirliyinin açılmasını və İsrailə səfərinizi səbirsizliklə gözləyirik".
 azxeber.com "report"a istinadən xəbər verir ki, bu fikir İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
Mətndə deyilir:
"Hörmətli Prezident Əliyev.
Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırır və qarşıdan gələn ildə Sizə xoşbəxtlik və cansağlığı arzulayıram.
Bu fürsətdən istifadə edərək, Azərbaycanın illər boyu qoruyub saxladığı adət-ənənə və dəyərlərə heyran olduğumu bildirmək istəyirəm. Azərbaycan müsəlman dünyasında yaranan ilk demokratik respublikadır və möhtəşəm ölkəniz regional liderdir.
Azərbaycanda müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan vətəndaşların harmoniya və qarşılıqlı hörmət şəraitində birgəyaşayışı məni xüsusilə heyran edir. Ölkəniz bütün dinlərin nümayəndələrinin sülh və əməkdaşlıq şəraitində birgə yaşamasının dünyaya parlaq nümunəsidir. Novruz, Hanuka, Milad və Yeni İl bayramlarının qeyd olunması bu inklüzivliyə və anlaşmaya sadiqliyin sübutudur.
Mən, həmçinin Zati-aliniz və hökumətiniz tərəfindən Azərbaycandakı yəhudi icmasına göstərilən dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Siz İsrail Dövlətinin və yəhudi xalqının dostusunuz, biz Azərbaycanın səfirliyinin açılmasını və İsrailə səfərinizi səmimi münasibətlərimizin daha da möhkəmlənməsi baxımından səbirsizliklə gözləyirik.
Zati-aliləri, bu il doğum gününüzün nur və firavanlıq rəmzi olan Hanuka bayramı günlərinə təsadüf etməsi xüsusilə əlamətdardır.
Bu münasibətlə bir daha səmimi təbriklərimi və qarşıdan gələn ildə xoşbəxtlik və cansağlığı diləklərimi qəbul etməyinizi xahiş edirəm".

Siyasi       Tarix: 27 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri son xeberler az bu gune olan xeberler son xeber 2026