"Biz hər gün Qarabağdan helikopter uçuşları görürük" - Nersisyan
Xankəndidə mitinqə çıxan ermənilər Rusiya sülhməramlı qüvvələrinin hərbi bazasına yürüş edərək, "blokada" və "humanitar fəlakəti" dayandırmağı tələb edəcəklər.
KONKRET.az xəbər verir ki, "Armenpress"in xəbərinə görə, qondarma qurumun "dövlət naziri" Qurgen Nersisyan bildirib ki, bir neçə nəfər Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşdükdən sonra nəticələr barədə məlumat veriləcək.
"Növbəti addımımız bu yerdə çadır qurmaqdır. Biz tələbimizin yerinə yetirilməsini gözləyəcəyik. Düşünürəm ki, sosial, məişət, ərzaq problemlərimizə diqqəti çəkmək üçün burada və ya Xankəndidə olmağımızın heç bir fərqi yoxdur", – Nersisyan bildirib.
Nersisyan açıqlamasında deyib ki, "Qarabağ hərtərəfli blokadadadır deyirlər, lakin biz hər gün helikopter uçuşları görürük".
Onun sözlərinə görə, Rusiya sülhməramlıları ilə görüşdən sonra mitinq iştirakçılarının bir hissəsi sülhməramlıların hərbi hissəsinin yaxınlığındakı çadırlarda qalacaq, digər qismi isə Xankəndiyə qayıdacaqlar.
Ayan
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi