TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdiÖlkənin aparıcı banklarından biri olan TuranBank ASC Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasına qoşulub.
azxeber.com xəbər verir ki, 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı iştirakçılar tərəfindən 2 hektar ərazidə 1250 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Qeyd edək ki, ölkədə meşə fondunun bərpası və yaşıllıqların salınması məqsədilə Abşeron rayonu, Müşfiqabad qəsəbəsində 60 hektar ərazidə iqlim şəraitinə uyğun 40 minə yaxın müxtəlif növ ağacın əkilməsi və suvarma sisteminin qurulması nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Zəfər Günü ərəfəsində təşkil edilən bu aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında 13 mart 2023-cü il tarixində imzalanmış "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" çərçivəsində həyata keçirilir. Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə bağlı müvafiq işlərin görülməsindən ibarətdir.
Artıq dörd ildir davam edən ağacəkmə aksiyasında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Bank sədrinin müşaviri Bəhruz Balayev, ABA-nın prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov, digər assosiasiyaların məsul şəxsləri və assosiasiyalara üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak edib.
Qeyd edək ki, TuranBank ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə planetimizin mühafizəsi üçün mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcəkdir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (FaceBook, İnstagram və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır…
 

İqtisadiyyat       Tarix: 08 noyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. . xəbər verir ki, yen

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək

Kristof Baumann-Kesten Beynəlxalq Valyuta Fondunda (IMF) İsveçrə ölkələr qrupunun (konstituensiyasının) icraçı direktoru vəzifəsinin icrasına rəsmən başlayıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında məluma

HONOR X9e Pro: Sərhədlərə meydan oxu

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 00 mAh tutumlu güclü batareya — yeni HONOR X9e Pro sərhədlərə meydan oxuyanlar üçün yaradılıb. HONOR premium dizaynı, müstəsna möhkəmliyi və uzunmüddətl

Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN

Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. -a istinadla xəbər verir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLAR

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azercell-in "Oflayn Qadınlar" sosial layihəsi beynəlxalq uğurlarını davam etdirir. Zorakılıqla üzləşən və ya zorakılıq riski altında olan qadınların məlumat və yardım resurslarına çıxışını asanlaşdıran təşəbbü

Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı

2027-ci ildə Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 314 manat olması nəzərdə tutulur. xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində qeyd edilib


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler metbuat xeberleri en son xeberler xeberler bugun 2026