BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib

BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilibAzərbaycan ərazisinin 13 faizindən çoxu mina və digər partlayıcı müharibə qalıqları ilə çirklənib. İndiyədək həmin ərazilərin yalnız 24,3 faizi təmizlənib.
azxeber.com xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçi ilə keçirilən interaktiv dialoq zamanı bildirib.
O qeyd edib ki, mina təhlükəsi işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə, eləcə də məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına ciddi maneə yaradır. 2020-ci ildən bəri mina hadisələri nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla, 400-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya xəsarət alıb.
Şəhriyar Hacıyev vurğulayıb ki, münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə 16 milyard ABŞ dollarından çox vəsait ayrılıb. Böyük Qayıdış Proqramı çərçivəsində hazırda 48 yaşayış məntəqəsində 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır.
Azərbaycan diplomatı mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq yardımın artırılmasının və məsuliyyət məsələsinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Ş. Hacıyev əvvəlki çıxışnda BMT və digər müvafiq beynəlxalq təşkilatları öz mandatları çərçivəsində itkin düşmüş şəxslərlə bağlı axtarışların aparılması, məlumat mübadiləsinin asanlaşdırılması, məhkəmə-tibb ekspertizasının inkişaf etdirilməsi və zərərçəkmiş ailələrə dəstəyin artırılmasında daha fəal rol oynamağa çağırıb.

Siyasi       Tarix: 23 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Baş nazirin yeni müavini Teymur Musayev kimdir? - DOSYE

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 1970-ci il sentyabrın 16-d

Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam

Anar Məhərrəm oğlu Bayramov Azərbaycan səhiyyə naziri təyin edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, A.Bayramov səhiyyə naziri təyin edilib. Qeyd edək ki, Anar Bayramo

Rusiya İran münaqişəsinin həllinə kömək etməyə hazırdır - Lavrov

Rusiya İranla ABŞ arasındakı münaqişənin həlli yollarının axtarışına dəstək verməyə hazırdır. xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda bildirib. Lavrov Moskvanın İranın regionda uzunmüddətl

Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə Dövlət çoxprofilli ixtisaslaşdırılmış məktəbəqədər təhsil təşkilatının və "İmkon" reabilitasiya mərkəzini

Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qloba

Bakının tənqid edən Ankara bura qoşun göndərir – İnanılmaz

Türkiyə İsraillə müharibəyə girmək üçün Qəzzaya ordu yeridir!. Yaxşı, yaxşı, zarafat elədim. Belə bir qərar yoxdur, olacağı da gözlənilmir. Amma əvəzində Türkiyə şiə husilərə qarşı mübarizə üçün Səudiyyə Ərəbistanına qoşu

Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru" Ümumdünya Sammitinin v

Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi

XIX əsrin sonlarında Yaponiya Qərbin qurduğu dünya nizamına qoşulmağa məcbur oldu. Lakin Avropa dövlətləri yəqin ki, yaponların bu yeni sistemin qaydalarını nə qədər sürətlə mənimsəyəcəyini və qısa müddətdə öz müəllimlərin

20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar təkcə təqvimdə bir tarix deyil, həm də milli qürurun, birliyin və qəhrəmanlığın rəmzi kimi yadda qalır. 20 oktyabr – Zəngilan şəhəri günü də bu əlamətdar günlərdəndir


yeni xeberler son xeberler azerbaycan xeberleri krminal bu gun son xeberler bugun 2026 muharibe son xeberler az cəbhədən son xəbər