BMT-dən İranla bağlı - SƏRT AÇIQLAMA
Yüzlərlə hüquqşünas BMT-yə İranda insan haqları ilə bağlı çağırış edib.
azxeber.com xəbər verir ki, 20-dən çox ölkədən 680-dən çox hüquqşünas, hüquq universitetinin professoru və insan haqları fəalları Birləşmiş Millətlər Təşkilatının Baş katibinə İranla bağlı çağırış edib. Məktubda etiraz aksiyalarının zorakılıqla yatırılmasının və qanunların geniş şəkildə pozulmasının dayandırılması tələb edilir.
Sənəddə baş katib Antonio Quterreşdən təcili olaraq müstəqil komitənin yaradılması və İnsan Haqları Şurasının İranla bağlı fövqəladə iclasının keçirilməsi tələb olunub.
İran, Amerika, İngiltərə, Kanada və İsrail də daxil olmaqla müxtəlif ölkələrdən 687 vəkil və hüquqşünasın imzaladığı məktuba əsasən, insan haqlarının geniş şəkildə pozulması və Məhsa Əmininin öldürülməsinin ardından meydana gələn xalq etirazlarını şiddətli yatırılması qeyd olunub.
Məktubda İranın bir sıra əyalətlərində, o cümlədən Sistan-Bəluçestan əyalətində uşaqlar da daxil olmaqla etirazçıların güllələnərək qətlə yetirildiyi vurğulanıb.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var