BMT-nin son iclasında Ermənistanın daha bir şousu uğursuzluğa düçar oldu' - Deputat

BMT-nin son iclasında Ermənistanın daha bir şousu uğursuzluğa düçar oldu' - Deputat"Ermənistanın daha bir şousu uğursuzluğa düçar oldu. BMT Təhlükəsizlik Şurasının son iclası bir daha təsdiq edir ki, Qafqazda dayanıqlı sülhün əldə edilməsinin yeganə yolu ölkələrin qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır".
azxeber.com xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov feysbuk hesabında yazıb.
Deputat qeyd edib ki, Azərbaycanın Vətən Müharibəsindəki şanlı zəfərini pozmaq, praktik olaraq, mümkün deyil:
"Azərbaycanın Vətən Müharibəsindəki şanlı zəfərindən sonra regionda yeni düzən formalaşıb. Onu pozmaq, praktik olaraq, mümkün deyil. BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də qardaş Türkiyənin Ağdam-Xankəndinin yolunun bütün növ əmtəələrin daşınmasına hazır olmasını qeyd etməsi də aydın şəkildə "blokada şousunun" sadəcə Ermənistanın manipulyasiyanın olduğunu göstərdi. 26 km uzunluğu olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı bölgədə Xankəndinə ən qısa məsafə hesab olunur. Laçın-Xankəndi yolu 60 km-dir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonun inkişafına töhvə baxımdan da vacibdir. Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi əhəmiyyətlidir.
Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etməsinin qarşısının alınması Azərbaycan diplomatiyasının yeni uğurudur".
Mikayıl

Siyasi       Tarix: 17 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən canlı en son xəbərlər bugün xeberler bugun 2026 xabar az