Boks üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olundu

Boks üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunduKişi boksçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyinatı rəsmiləşib.
KONKRET.az saytının məlumatına görə, Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin qərarına əsasən milli komanda kubalı Pedro Rokeyə həvalə edilib.
Təcrübəli çalışdırıcı ilə Paris-2024 Yay Olimpiya Oyunlarının sonunadək müqavilə imzalanıb. Onun qarşısına əsas hədəf kimi Azərbaycan millisinin iştirak edəcəyi hər bir yarışda, xüsusilə də Olimpiadada uğurlu çıxış etmək tapşırığı qoyulub.
Pedro Roke 2014-2016-cı illərdə də yığmamızı çalışdırıb. Boksçularımız onun rəhbərliyi altında Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında çıxış edib və hələlik olimpiadalarda tariximizin ən yaxşı nəticəsinə imza atıblar. Həmin vaxt Lorenzo Sotomayor (64 kq) 4 illiyin ən möhtəşəm yarışında finala yüksəlməklə və yekunda gümüş medal qazanmaqla millimizə ilk yaşadıb. Həmçinin Kamran Şahsuvarlı (75 kq) da Rio-2016-nı bürünc mükafatla başa vurub.
Komandamız Pedro Rokenin rəhbərliyi altında digər yarışlarda da uğurlu nəticələr qazanıb. Milli kubalı mütəxəssislə 2015-ci ildə Qətərin paytaxtı Dohada 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib ki, bu da mundiallarda hələlik mükafat sayına görə ən yaxşı göstəricimizdir. Həmin vaxt Elvin Məmişzadə (52 kq) dünya çempionu tituluna sahib olub, Albert Səlimov (60 kq) gümüş, Pərviz Bağırovla (69 kq) Abdulqadir Abdullayev (91 kq) bürünc medala yiyələnib.
2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında Pedro Rokenin rəhbərliyi altında boksçularımız 10 çəki dərəcəsindən 9-da fəxri kürsüyə yüksəliblər. Yığma 6 qızıl, 1 gümüş və 2 bürünc medalla yarışın ən güclüsü adını da qazanıb. Təmsilçilərimizdən Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Teymur Məmmədov (81 kq) və Abdulqadir Abdullayev (91 kq) çempion tituluna yiyələniblər. Xaybula Musalov (75 kq) gümüş, Tayfur Əliyevlə (56 kq) Məhəmmədrəsul Məcidov (+91 kq) bürünc medala sahib olub. Həmçinin Rüfət Hüseynov (49 kq) həmin ildə Avropa çempionatında üçüncü yeri tutub.
İBA-nın (əvvəlki AİBA) 3 ulduzlu çalışdırıcısı olan Pedro Roke 2009-cu ildə AİBA tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilib. O, 1971-2004-cü illərdə Kubanın yeniyetmələrdən və gənclərdən, 2005-2010-cu illərdə əsas komandasına rəhbərlik edib. Mütəxəssis 2012-2014-cü illərdə ABŞ yığmasını çalışdırıb. 2014-2016-cı illərdə Azərbaycan millisinə rəhbərlik edən kubalı 2017-ci ildən ABŞ-da peşəkar və həvəskar boksçularla işləyir. 1992-2006-cı illərdə Bolqarıstan, Fransa, Almaniya, İtaliya, Rusiya, Qazaxıstan, Ukrayna kimi ölkələrdə Olimpiya Oyunları və dünya çempionatlarında medal qazanmaq üçün onun təlimlərindən istifadə olunub. Çalışdırıcı ABŞ-da WSB liqasında iştirak edən klubda da fəaliyyət göstərib.
Pedro Roke 7 dəfə Yay Olimpiya Oyunlarına və 23 dəfə dünya çempionatına komanda çıxarıb. Onun çalışdırdığı yığmalar olimpiadalarda 32 (14 qızıl, 10 gümüş, 8 bürünc), mundiallarda 36 (18 qızıl, 6 gümüş, 12 bürünc) medal qazanıblar. Bundan əlavə, Pedro Rokenin yetirmələri yeniyetmələrin dünya birinciliklərində 30 (15 qızıl, 8 gümüş, 7 bürünc), gənclərin dünya birinciliklərində 110 (54 qızıl, 26 gümüş, 30 bürünc), Mərkəzi Amerika Oyunlarında 20 (12 qızıl, 4 gümüş, 4 bürünc), Panamerika Oyunlarında 42 (22 qızıl, 12 gümüş, 8 bürünc) dəfə fəxri kürsüdə yer alıblar.
Yığmamızın yeni baş məşqçisinin çalışdığı boksçulardan dəfələrlə Olimpiya və dünya çempionu olanlar da var. Bunlar sırasında Olimpiadanın üçqat, dünya çempionatının beşqat çempionu Feliks Savonun, həmçinin Oyunlarda 2 dəfə qızıl medal qazanan Mario Kindelan, Gilyermo Riqondo, Ronyel İqlesias, Xulio Sesar La Krus, Ariel Ernandesin adlarını çəkmək olar.

İdman       Tarix: 26 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes cəbhədən son xəbər bu gune olan xeberler xəbərlər