Bölgənin geosiyasi vəziyyəti kökündən dəyişir - Naxçıvana iki dəhliz AÇILIR

Bölgənin geosiyasi vəziyyəti kökündən dəyişir - Naxçıvana iki dəhliz AÇILIR"Regional kommunikasiyaların açılması bölgənin geosiyasi vəziyyətini kökündən dəyişəcək və Cənubi Qafqazda sülhün bərqərar olmasında önəmli rol oynayacaq. Bunun üçün Zəngəzur dəhlizi xüsusi əhəmiyyətə malikdir. Amma Qərbin təkidilə bu layihənin həyata keçirilməsinə mane olan Ermənistan region dövlətlərini seçim qarşısında qoyur və nəticədə alternativ layihə həyata keçirilir".
Bölgənin geosiyasi vəziyyəti kökündən dəyişir - Naxçıvana iki dəhliz AÇILIRBunu KONKRET.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
O, daha sonra fikirlərini belə davam etdirib:
"Zəngəzur dəhlizinin açılması üçtərəfli sazişin 9-cu bəndinə uyğun olaraq həyata keçirilməlidir. Üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması prinsipləri açıq və aydın şəkildə yazılıb. Bu ərazidən keçəcək kommunikasiya xəttində təhlükəsizlik və manəsiz hərəkəti Ermənistan təmin etməli, nəzarəti isə Rusiyanın sərhəd xidməti həyata keçirməlidir. Amma Ermənistan 3 il müddətində prosesi uzatdı və bunu manipulyasiya elementinə çevirdi.
Buna görə də Azərbaycan doğru olaraq alternativ variantların üzərində düşünərək İranla memorandum imzaladı. Araz çayı üzərindən gündə 1100 avtomobilin keçməsi nəzərdə tutulan körpünün inşası başlandı. Bu körpüdən həm dəmir yolu, həm də avtomobil yolları keçəcək. Bu yolun uzunluğu Mehri ərazisindən keçən yoldan 10 km uzundur.
Əlbəttə ki, biz istəyirdik ki, Zəngəzur dəhlizi və məlum bəyanatda qeyd olunan prinsiplərlə işləsin. Amma Ermənistan bunu əngəllədiyinə görə məsələ İranla həll olundu. Hal-hazırda Azərbaycan Zəngəzur dəhlizilə bağlı israrlı deyil. Bu dəhlizin Azərbaycan üçün cəlbediciliyini itirib deyilməsi də məhz bununla bağlıdır. Çünki bizim üçün ən vacib şərt Naxçıvanla daha qısa məsafədə, daha asan gediş-gəlişi təmin etmək idi.
Qərbin təkidilə Ermənistan buna imkan vermədiyinə görə Azərbaycan məsələni bu şəkildə həll etdi. Çünki Qərb dövlətləri Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olmasını istəmirdi, Paşinyanı da Rusiyanı proseslərdən kənarlaşdırmağa təhrik edirdilər. Ermənistanın suveren hüquqları bəhanəsi altında əslində bölgədə Fransanın hansısa qüvvələrinin yerləşdirilməsinə nail olmaq istəyirdilər. Faktiki olaraq Ermənistanın destruktiv fəaliyyəti öz əleyhinə yönəldi deyə bilərik. Ermənistan növbəti dəfə iri regional layihələrin birindən də kənarda qaldı. Məhz ona görə son dövrlər Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılması ilə bağlı pozitiv açıqlamalar verilir. Azərbaycan tərəfi də haqlı olaraq bu məsələ ilə bağlı xüsusi maraq nümayiş etdirmədiyini bəyan edir".
Daha sonra İran üzərindən keçəcək yolun iqtisadi səmərəliliyinə toxunan politoloq bildirib ki, bizim üçün Zəngəzurdan keçən kommunikasiya xətlərinin bərpası həm sürətli, həm də effektli ola bilərdi: "Amma qeyd etdiyim kimi, Ermənistan bunu əngəllədiyi üçün problemi özü yaratdı. Bu, artıq Azərbaycan-İran məsələsi deyil.
Bu kommunikasiya xətti Azərbaycana, İranın özünə ciddi şəkildə maliyyə vəsaitləri gətirəcəyinə görə önəmlidir. O cümlədən Rusiya üçün də bu kommunikasiya xətti vacibdir. Çünki Rusiyadan Türkiyəyə, Yaxın və Orta Şərqə, o cümlədən İrana daşınmaların bir hissəsi buradan həyata keçirilə bilər. İqtisadi səmərəlilik baxımından əlbəttə ki, böyük bir fərq etməz. Bölgənin digər ölkələri – Türkiyə və Rusiya da Azərbaycan qədər bu məsələdə maraqlıdır. Ona görə də İran məhz həm də onların qarşısında bu kommunikasiya xəttinin fasiləsiz işləməsiylə bağlı müəyyən öhdəlik götürüb. Əlbəttə ki, Ermənistan ağlını başına yığıb Meğri ərazisindən Zəngəzur dəhlizini açacaqsa, biz buna da etiraz etməyəcəyik. Bu, ikinci alternativ yol ola bilər. Hal-hazırda seçim Ermənistanındır. Ermənistan özü-özünü saldığı çətin vəziyyətdən nə qədər tez çıxara bilsə, onun xeyrinə ola bilər. Bu proses uzandıqca Ermənistan daha çox zərər çəkəcək və bir növ dünyaya qapalı qalacaq".
Vəli Həsənov,
KONKRET.az

Sosial       Tarix: 26 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri xeberler son xeber az cəbhədən son xeber