"Boşanan kimi deyir ki, narkotik çəkirdi, içki içirdi" - İzzət
Bu evdə "yumruq" məsələsi şiddət göstərmək anlamına gəlmir. Kişinin evdə sambalı və sözünün kəsəri olmaldır. Evə girəndə uşaq bilməlidir ki, ata gəlib. Kişi evə girir arvadın, uşağın vecinə deyil ki, gəldi. Kişi səhərdən axşama kimi çalışır, gətirir, yedizdirir, baxır, onu ödə, bunun pulunu ver, təhsilhaqqı ödə, kommunalın pulunu ödə, toya dəvətnamə gəlib, pul ver. Haqqın tərəfin tuturam, kişilərin yox. Elə kişilər var ki, ailə qədri bilmir, uşaq necə böyüyür bilmir. Atıb arvadın üstünə. Arağı olsun, kefində olsun. Evin başını buraxır. Burada diqqətcil, ailəcanlı balalarını qanadının altına yığan kişilərdən danışıram".
azxeber.com xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov qonaq olduğu "YouTube"da yayımlanan "Künc-bucaq" verilişində deyib.
Sənətçi son zamanlar boşanmaların sayının çoxalması ilə bağlı məsələyə belə münasibət bildirib:
"Evin kişisindən qorxmaq lazım deyil. Ailədə sayqı lazımdır. Bilinsin ki, evin kişisi var, evə kişi gəlir. Mənim sözlərim kiminsə xoşuna kiminsə xoşuna gəlməyə bilər. Boşanmalar çoxalıb. Bəzən xanımın tələbi kişinin qazancına uyğun olmur. Filankəsdə var, bizdə də... Boşanan qızdan soruşanda niyə boşandın? Cavab verir ki, narkotik çəkirdi, içki içirdi, əyyaş idi. Soruşsan ki, bəs nişanlı qalanda görmürdün narkotik çəkir, içki içir? Cavab verir ki, evlənəndən sonra oldu. Əgər evlənəndən sonra içki alüdəçisi, alkaş oldusa, problemi kimdə axtaraq? Bir gündə evlənmədiniz ki... Nişanlıqalmısınız da, bilmirdin? O zaman evlənməyəydin də…"
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu