Məşhur müğənni 10 il həbs oluna bilər – "Başımı bəlaya saldı

Məşhur müğənni 10 il həbs oluna bilər – Türkiyənin məşhur müğənnisi Yusuf  Güney narkotik və psixotrop maddələrin istifadəsini təşviq etməkdə ittiham olunduğu cinayət işi üzrə hakim qarşısına çıxıb. 
azxeber.com Lent.az-a istinadən xəbər verir ki, İstanbul Məhkəməsində keçirilən prosesdə müğənni özünü müdafiə edərək cinayət törətmək niyyətinin olmadığını bildirib.
"Peruda tanış olduğum bir bitkidən danışmağım başımı bəlaya saldı. Mənə qarşı irəli sürülən ittihamlarda göstərilən cinayətləri törətmək niyyətim olmayıb", – sənətçi bildirib.
Yusuf Güneyin vəkili Feyza Kayadibi isə müvəkkilinin sözügedən bitkini qədim dövrlərdən istifadə edilən dərman vasitəsi kimi tanıdığını qeyd edib. Vəkilin sözlərinə görə, müğənninin həmin maddənin qadağan olunduğunu bilməsi mümkün olmayıb və onun narkotik istifadəsini təşviq etmək niyyəti olmayıb. Müdafiə tərəfi Yusuf Güney barəsində bəraət hökmü çıxarılmasını və tətbiq olunan məhkəmə nəzarəti tədbirinin ləğv edilməsini istəyib.
Məhkəmə isə müğənni barəsində məhkəmə nəzarəti tədbirinin qüvvədə saxlanılmasına qərar verib. İş yekun rəyin hazırlanması üçün prokurorluğa göndərilib. Sənətçinin 10 ilədək azadlıqdan məhrum edilməsi tələb olunub. 
Qeyd edək ki, Yusuf Güney rəqəmsal platformalardan birində yayımlanan verilişdə ayahuasca çayı haqqında danışdıqdan sonra barəsində araşdırma başlanılıb. Aparılan yoxlamalar zamanı həmin içkinin tərkibindəki DMT maddəsinin Türkiyədə 2313 saylı qanuna əsasən qadağan olunmuş maddələr sırasında yer aldığı müəyyən edilib. 

Şou Biznes       Tarix: 20 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Müğənnin oğlu Nadir Rzayev atasının vəsiyyətini Axşam.az-a açıqlayıb. O bildirib ki, atası yas mərasiminin çəkilməsini istəməyib:. "Atamın vəsiyyət

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

Cəmi 3 il evli qala bildilər

Hollivud aktrisası Marqaret Kuolli və musiqi prodüseri Cek Antonoff boşanmaq üçün rəsmi müraciət ediblər. axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Cek v

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür

Müğənni Nuranla Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq. Bu barədə Nuran özü məlumat verib. O, "TMB 100.5 FM"də  Lamiyə Ələkbərovanın "Ulduzla danış" rubrikasında danışıb. "Biz görüşəndə bir-birimiz

Polat Alemdar ekranlara qayıdır?

"Kurtlar Vadisi" serialında Polat Alemdar obrazı ilə tanınan Necati Şaşmazın qardaşı Raci Şaşmazın ssenarisini yazdığı "Yeraltı" serialında qonaq oyunçu kimi rol ala biləcəyi irəli sürülüb. . -a istinadə

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal bugun cəbhədən son görüntülər bu gunun xeberleri xəbərlər