Böyük Dəbilqə: Son gündə Azərbaycanın dörd cüdoçusu mübarizə aparacaq
İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə bu gün yekun vurulacaq.
KONKRET.azxəbər verir ki, son yarış günündə Azərbaycan millisinin dörd üzvü mübarizəyə qoşulacaq.
90 kq-da çıxış edən Məmmədəli Mehdiyev türkmənistanlı Məmmədəli Açıldıyevlə üz-üzə gələcək.
100 kq-da yer alan Zelim Kotsoyevin rəqibi Rafael Buzakarini (Braziliya) – Tomas Brisenyo (Çili) görüşünün qalibi olacaq. 100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri Mirça Krotoriy (Rumıniya) – Freddi Fiqeroa (Çili) cütünün, Camal Qamzatxanov isə Xose Nova Alkantara (Dominikan Respublikası) – Losseni Kone (Almaniya) cütünün güclüsünü sınağa çəkəcək.
Qeyd edək ki, hələlik yığmanın aktivində bir gümüş medal var. Yeganə mükafatı 66 kq-da Orxan Səfərov qazanıb.//Report
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA
"Qızıl buts"u o qazandı
Messidən finaldakı məğlubiyyətə ilk reaksiya
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı
İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU
Bakı və Astara sakinlərinin nəzərinə
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır
Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
Şəhid anası vəfat etdi
ABŞ İranın sənaye müəssisəsinə zərbə endirib
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?