"Braqa" bizi yaxşı tanıyır" - Juninyo
"Baş məşqçimizin sözlərinə qoşuluram, maraqlı oyun olacaq. Rəqibimiz təhlükəlidir".
KONKRET.az xəbər verir ki, bu sözləri Ağdam klubunun futbolçusu Juninyo Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab görüşündən öncə mətbuat konfrasında deyib.
Hücumçu oyuna çox ciddi və yaxşı hazırlaşdıqlarını bildirib: "Doğma azarkeşlərimizin qarşısında oynayacağıq. Bu da önəmli faktordur. Ümid edirəm ki, maraqlı oyun olacaq".
– Şanslarınız nə dərəcədə yüksəkdir? Nəyə daha çox diqqət ayrımalısız ki, mərhələni keçən tərəf "Qarabağ" olsun?
– "Braqa" yaxşı komandadır. Oyunun taleyini xırda detallar həll edə bilər. Sadəcə, buna diqqət yetirməliyik. Eyni zamanda doğma azarkeşlər qarşısında oynamağımız üstünlükdür.
– "Braqa"nın Bakıda hansı formada oynayacağını gözləyirsiz? Sizcə "Qarabağ" səfər matçında "Braqa"nı təəccübləndirməyi bacardı?
Məncə, "Qarabağ" "Braqa"nı təəccübləndirmədi. Onlar bizim necə komanda olduğumuz bilirdilər, bizi tanıyırdılar və bizdən bu cür oyunu gözləyirdilər. Yəqin ki, "Braqa"nın sabahkı oyuna görə strategiyası olacaq və bunu görəcəyik.
-Keçən ilki Juninyo və bu gün başqa komandada oynayan Juninyo. Özü də, fərqli yarışda çıxış edirsiz. Ötən həftə "Qarabağ" Portuqaliyada qələbə qazandı. Mərhələ keçsəniz, bu, həqiqətən sizin üçün tarixi nəticə olacaq?
-Düzdür, həqiqətən fərqindəyəm. "Qarabağ" uzun illərdir avrokuboklarda iştirak edir və təcrübəsi var. Mən də gəldim, tez bir zamanda komandaya uyğunlaşdım. Burada həm də məşqçi amili var. Oturuşmuş komandamız var. İnanıram ki, maraqlı matç olacaq və azarkeşlərimizi sevindirəcəyik.
– "Braqa"nın oyunçuları və baş məşqçisi sabahkı matçda qalib gəlməliyik, mərhələ keçməliyik kimi, açıqlamalar verirlər. Bu, sizə xüsusi motivasiya verir? Kollektivdəki əhval-ruhiyyə necədir?
-Ab-hava yaxşıdır. Futbolçularımız oyuna kökləniblər. Belə açıqlamalar biz futbolçulara inanmıram ki, hansısa təsir göstərsin. Portuqaliyada inamlı qələbə qazandıq. "Braqa" və bizim üçün də çətin oyun oldu. Hər şey qarşılaşmadan asılı olacaq. Ümid edirəm ki, oyun bizim xeyrimizə bitəcək.
– Faiz nisbətilə götürsək, hansı komandanın mərhələ keçmək şansı çoxdur?
– Bura Avropa Liqasıdır, burada hansısa nəticə də gözləniləndir. Şansları, imkanları 50/50-yə dəyərləndirirəm. İlk oyunda 4:2 hesablı qələbə hələ heç nə demək deyil.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto