Braziliya Cui-Citsu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirildi - FOTO
23-24 noyabr 2019-cu il tarixlərində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə razılaşdırılmış şəkildə Braziliya Ciu-Citsu döyüş növü üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib. Çempionat Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq mərkəzinin təşkilati dəstəyilə keçirilib.
Ölkə birinciliyinin açılış mərasimində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov çıxış edərək öncə qonaqları salamlayıb. O çıxışı zamanı həmçinin 2019-cu il ərzində klubun keçirdiyi yerli və beynəlxalq yarışlar, həmçinin tanınmış idman ustalarının iştirakı ilə keçirilən seminarlarla bağlı yarış iştirakçılarına məlumat verib.
Bundan sonra o ölkəmizdə idmana olan münasibət, ölkə başçısı cənab prezident İlham Əliyevin idmana olan diqqət və qayğısından, həmçinin Braziliya Ciu-Citsu idman növünün ölkəmizdə günü-gündən populyarlaşmasından danışıb.
Daha sonra çıxış üçün söz Hərbiçilərin və Hüquq-Mühafizə orqanlarının İdman Assosiyasiyasının prezidenti, FHN İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayevə verilib. O da öz növbəsində İdman Sağlamlıq Mərkəzinin açılışından danışaraq qısa müddət ərzində bu mərkəzdə artıq bir neçə beynəlxalq yarışın keçriildiyini bildirib. O həmçinin Braziliya Ciu-Citsu idman növünün ölkədə inkişafından və bu idman növünə artan maraqdan danışıb.
Bundan sonra açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edib. O da öz növbəsində ölkə başçısı cənab prezident İlham Əliyevin idmana xüsusi qayğı göstərdiyini vurğulayaraq ilk növbədə onu dərin minnətdarlığnı bildirib.
DİN İdman Cəmiyyətinin baş təlimatçısı, respublikanın əməkdan məşqçisi, Kombat Ciu-Citsu üzrə beşinci dan qara kəmər sahibi, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti, eyni zamanda keçirilən yarışın baş hakimi Rəsul Məmmədov öz çıxışı zaman Ciu-Citsu döyüş sənəti haqda məlumat verib.
Sonra isə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov çıxış edərək qonaqları salamlayıb və idmançılara müvəffəqiyyətlər arzulayıb.
Açılış mərasimində həmçinin Beynəlxalq Dünya Ciu-Citsu Federasiyasının prezidenti Kan-Co Robert Hart, Bolqarıstan Respublikası Ciu-Citsu Federasiyasının prezidenti Yavor Dyankov, Rusiya Federasiyasının Moskva şəhəri üzrə Xüsusi-təyinatlı dəstəsinin beynəlxalq dərəcəli təlimatçısı İqor Zorin kimi bir sıra qonaqlar da iştirak edib. FHN-nin İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev xarici qonaqlara qiymətli hədiyyələr təqdim edib və xatirə şəkilləri çəkilib.
Tədbirin açılış mərasimində həmçinin tanınmış müğənni Fuad Musayev, "Cigitlər" rəqs qrupu çıxış edib, həmçinin DİN İdman Cəmiyyətinin Ciu-Citsu ustaları öz məharətlərini göstəriblər.
Yarış müxtəlif yaş qrupları, müxtəlif çəki dərəcələri və kəmər sahibləri uşaqlar, yeniyetmələr, böyüklər və veteranlar arasında keçirilib. Yarışda respublikada fəaliyyət göstərən 32 klubdan 250-dən çox idmançı mübarizəyə qoşulub. Çempionatda idmançılar Braziliya Ciu-Citsu idman növünün Gİ və No-Gi versiyası üzrə mübarizə aparıblar. Yarışın qalibləri Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları ilə təltif olunublar. /publika.az

Xalidə Gözəl vəfat etdi
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır