Braziliya milli futbol komandası ilk dəfə qara geyimdə oynayacaq - SƏBƏB
Braziliya milli futbol komandası ilk dəfə olaraq meydana ənənəvi formada deyil, qara köynəklərdə çıxacaq.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, bununla komanda hücumçu Vinisius Juniora olan irqçilik təzahürlərinə qarşı etirazlarını bildirəcək.
Belə ki, futbolçular iyunun 17-də Barselonada Qvineya ilə keçiriləcək oyunda meydana qara formada çıxacaqlar. Vinisius Juniorun özünün də oyunda iştirakı gözlənilir.
Məlumata görə, ilk hissədən sonra futbolçular qara köynəklərini ənənəvi formaya dəyişəcəklər.
Xatırladaq ki, mayın 21-də "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior "Valensiya" ilə səfər matçında azarkeşlərin irqçi təhqirlərinə məruz qalıb. Matçdan sonra "Real Madrid" İspaniya Baş Prokurorluğuna müraciət edərək futbolçuya qarşı irqçi təhqirlərin araşdırılmasını tələb edib. Mayın 23-də İspaniya Milli Polisi braziliyalı hücumçuya qarşı irqçi təhqirlər etməkdə ittiham olunan üç nəfəri saxlayıb. Madriddə yanvarın 26-da Vinisius köynəyində kuklanı körpüdən asan daha 4 nəfər saxlanılıb. Həmin gün İspaniya Kral Futbol Federasiyasının Rəqabət Komitəsi braziliyalı oyunçuya qarşı irqçi təhqirlərə görə "Valensiya" klubunu 45 min avro cərimələyib.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi