Britaniya hərbçiləri Şahzadə Harrini xəyanətdə İTTİHAM ETDİ

Britaniya hərbçiləri Şahzadə Harrini xəyanətdə İTTİHAM ETDİBritaniyanın keçmiş və indiki hərbi qulluqçuları Şahzadə Harrini Əfqanıstanda xidmət edərkən törətdiyi qətllərin ifşasına görə tənqid edərək, onu xəyanətdə ittiham ediblər.
KONKRET.azxəbər verir ki, bu barədə bir sıra Britaniya qəzetləri məlumat yayıb.
Belə ki, "The Times" 2003-cü ildə ABŞ və Britaniyanın İraqa hücumunda iştirak etmiş polkovnik Tim Kollinzin sözlərinə istinad edib.
O, Şahzadə Harrinin bu mövzuda xatirələrini "Spare" avtobioqrafik kitabında dərc etməklə sadəlövh davrandığını bildirib.
"Ordu onu əvvəllər həmişə öz ailəsinə qəbul edib. İndi o, öz ailəsinə xəyanət etdiyi kimi bu əmanətə də xəyanət etdi", – Kollinz nəşrə bildirib.
O vurğulayıb ki, Böyük Britaniya Əfqanıstana qoşunlarını insanları öldürmək üçün deyil, qanuni hökuməti və xalqı qorumaq üçün göndərib.
Keçmiş Müdafiə Qərargahı rəisinin köməkçisi general-mayor Conatan Şou da Şahzadə Harrinin açıqlamalarını pisləyib.
"Əsgərlər bir səbəbə görə insanları öldürməkdən danışmırlar. Harrinin şərhləri yazılmamış qaydanı pozur", – general "Daily Mail"ə bildirib.
Əfqanıstandakı qoşunlara komandanlıq edən Britaniya ordusunun ehtiyatda olan polkovniki Riçard Kemp xəbərdarlıq edib ki, Sasseks hersoqu tərəfindən bu cür bəyanatlar Birləşmiş Krallığın mülki şəxslərinə qarşı terror hücumları riskini artıra bilər.
"Onun sözləri vəhhabi təriqəti tərəfindən Britaniyaya qarşı hücumlar həyata keçirmək üçün istifadə olunacaq", – o "The Daily Telegraph"a açıqlayıb.
Qeyd edək ki, Britaniya mətbuatında Şahzadənin "Spare" adlı avtobioqrafiyasından yanvarın 10-da satışa çıxarılacaq hissələr dərc olunub. Harri bu kitabda "Apaçi" helikopterini idarə etdiyi Əfqanıstanda "Taliban"ın 25 döyüşçüsünü öldürdüyünü bildirib. "Mənim üçün bu (öldürülənlər-red) rəqəm 25-dir. Bu rəqəm məni qürurlandırmır, amma narahat da etmir", – o yazıb.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 07 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes valyuta mezennesi banklar son xeber.az kriminal xeberler