Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildiAzərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa İttifaqının bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşüb.
KONKRET.az xəbər verir ki, Elçin Əmirbəyov Avropa Komissiyası Prezidentinin baş diplomatik müşaviri Saymon Mordü, Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri Ana Maria Bura, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Kaysa Ollongren, baş katibin müavini və siyasi direktor Olof Skuqla görüşlər keçirib.
O, eyni zamanda, Avropa Komissiyasının genişlənmə və şərq qonşuluğu üzrə baş direktoru Gert Yan Kupman, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinin kabinet rəhbəri Vivian Lunella və Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Lene Vensild ilə danışıqlar aparıb.
Danışıqlar zamanı tərəflər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı səfərlər də daxil olmaqla, yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi imkanları, hazırda nəzərdən keçirilən ikitərəfli sənədlər, o cümlədən Tərəfdaşlıq Prioritetləri və Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni ikitərəfli sazişin razılaşdırılmasını müzakirə edib.
Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan töhfəsi, regional nəqliyyat bağlantılarının inkişafında Azərbaycanın aparıcı rolu və bu sahədə əlaqələndirmə mexanizmlərinin təkmilləşdirilməsi, Naxçıvan dəmir yolu xəttinin bərpası layihəsi üzrə Avropa İttifaqı tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırma, Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesinin gedişi sülh və bu proseslə bağlı əsas çağırışlar və Azərbaycan tərəfinin gözləntiləri, inkişaf etməkdə olan iqtisadi-ticarət əlaqələrinin qarşılıqlı etimadın gücləndirilməsində roluna dair fikir mübadiləsi aparılıb.
Bundan başqa, danışıqlar zamanı Azərbaycan ərazilərinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsində Avropa İttifaqı tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr, habelə Cənubi Qafqazda və ətraf bölgələrdə mövcud təhlükəsizlik çağırışlarına da toxunulub.
Görüşlərdə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji əhəmiyyəti bir daha vurğulanıb, 2026-cı ilin ikitərəfli əməkdaşlıq baxımından yüksək dinamika ilə səciyyələnməsi məmnunluqla qeyd edilib.
Tərəflər ikitərəfli gündəlikdə duran aktual məsələlər üzrə praktiki əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıblar.
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildiBrüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi

Siyasi       Tarix: 23 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI

Fransada təhsil sisteminin vəziyyətindən, yaşayış xərclərinin artmasından və sosial problemlərdən narazılıq zəminində başlayan etirazlar oktyabrın 17-də daha geniş coğrafiyanı əhatə edərək ölkənin müxtəlif şəhərlərinə yayılıb

Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalana biləcəyini hesab edir. xəbər verir ki, Paşinyan bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında bildirib. "Azərbaycanl

Bakının tənqid edən Ankara bura qoşun göndərir – İnanılmaz

Türkiyə İsraillə müharibəyə girmək üçün Qəzzaya ordu yeridir!. Yaxşı, yaxşı, zarafat elədim. Belə bir qərar yoxdur, olacağı da gözlənilmir. Amma əvəzində Türkiyə şiə husilərə qarşı mübarizə üçün Səudiyyə Ərəbistanına qoşu

Türkiyə və İranın Bakıya hücumu: gerçək səbəbi budur

"İran və Türkiyənin Azərbaycana münasibətlərində müşahidə olunan və olunmayan nüanslar var. Zaman keçdikcə bu məsələlərin mahiyyətini araşdırmalarla daha dəqiq ortaya qoymaq lazımdır". KONKRET.azxəbər verir ki

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığ

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko

Ötən həftəsonu Fransada iğtişaşlara çevrilən etiraz aksiyaları ölkə Prezidenti Emmanuel Makronun Avropa Şurasındakı mövqeyini zəiflədib. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "Politiko" mənbələr

Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qloba

Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi

XIX əsrin sonlarında Yaponiya Qərbin qurduğu dünya nizamına qoşulmağa məcbur oldu. Lakin Avropa dövlətləri yəqin ki, yaponların bu yeni sistemin qaydalarını nə qədər sürətlə mənimsəyəcəyini və qısa müddətdə öz müəllimlərin

20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar təkcə təqvimdə bir tarix deyil, həm də milli qürurun, birliyin və qəhrəmanlığın rəmzi kimi yadda qalır. 20 oktyabr – Zəngilan şəhəri günü də bu əlamətdar günlərdəndir


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun sou xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən xəbərlər